dini radikalizm və ekstremizmlə mübarizə

"20 Yanvar Qəhrəmanlıq dastanı" ədəbi-bədii gecə keçirildi


Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi kimi qeyd olunur — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
20 Yanvar faciəsi beləcə tariximizə qara hərflərlə yazıldı və hər il Azərbaycan xalqı tərəfində bu gün şəhidlərimiz hörmət və ehtiramla yad edilirlər.
20 yanvar 2020-ci il tarixində Bakı restoranının konfrans zalında 20 yanvar şəhidlərinin 30-cu il dönümünə həsr olunmuş “20 yanvar-Qəhrəmanlıq dastanı” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirin aparıcısı Turan xanım tədbiri açıq elan etdikdən sonra Azərbaycan himni səsləndirildi. Daha sonra vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilidi. Sonra çıxış üçün söz 20 yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadəyə verildi.
O, 20 yanvar faciəsi, faciə qurbanları haqqında geniş məlumat verdikdən sonra səhnəyə Şəmistan Əlizamanlı dəvət olundu. O, çıxışında şəhidlərin ruhuna hörmət və sayğısını bildirmiş və şəhidlərə həsr etdiyi mahnını ifa etdi. Sonra söz Xocalı Soyqırımını Tanıtım İctimai Birliyinin sədri Şamil Sabiroglu, Qarabag qazisi Rey Kərimoğlu, DJB.az xəbərlər və informasiya portalının sədri Almaz İlahə Əhmədovaya verildi. Çıxış edənlər belə tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd edərək, tədbirin təşkilatçıları olaraq Fərahim Sadiq, Azər Əsgərov, 20 yanvar Cəmiyyətinin və Vətəpərvərliyə Dəstək İctimai Birliyininin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Tədbirdə həmçinin Gürcüstan 9 aprel Cəmiyyətinin gürcü nümayəndələri və Rostov Azərbaycan İcmasının nümayəndələrindən Leyla Əhmədova, Azərbaycan Alpagut Turan Döyüş Sənəti Federasiyasi struktur heyətinin fəal iştirak ediblər.
Çıxışlardan sonra "Cahanın naxışları", "Fərqli qrup", "Vətənpərvərlər" və bir çox digər qruplar da şəhidlərə və vətənpərvərliyə aid şeir və mahnılar səsləndirildi. Uşaqların ifasında səslənən şeirlər tədbir iştirakçılarını həm qürürlandırıb, həm də kövrələrək onlar göz yaşlarını saxlaya bilmədilər. Daha sonra tədbir iştirakçılarına İntiqam Kərimov, Leyla Nur, Arzu xanımın ifaları təqdim olunub. Tədbirin sonunda Naxçıvanlılar qrupunun üzvü, tədbirin təşkilatçılardan biri olan Azər Əsgərov çıxış edərək texniki dəstəyə görə “Hakim Music Group”un rəhbəri Zahib Bayramlıya və kollektivinə, bundan əvvəlki və bu gündə tədbirlərin keçirilməsində təşkilati dəstəyini əsirgəməyən xeyriyyəçi insan hər zaman ona ehtiyac duyulan yerdə olan, vətənpərvər insanlara qəlbən bağlı olan Əhmədov Rza Salmanoğluna xüsusi minnətdarlığını bildirdi.

Oxunub: 880
Oxşar xəbərlər
SON XƏBƏRLƏR