dini radikalizm və ekstremizmlə mübarizə

Xilə kəndində "Seyid qızı" ziyarətgahında şəhidlər üçün ehsan süfrəsi verildi


32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Olimpiya Komitəsi NTK-nın sədri, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov Əmircan qəsəbəsində yerləşən "Seyid qızı" ziyarətgahında şəhidlər üçün ehsan verdi.
"Seyid qızı" ziyarətgahı bir əsir yaşı olmasına baxmayaraq baxımsız qalan, amma xalq tərəfindən hər zaman ziyarət edilən müqəddəs bir ocağdır.
Hicran Şərifov xalqın istək və arzusunu nəzərə alaraq 2016-ci ildə öz şəxsi hesabına "Seyid qızı" ziyarətgahının yenidən bərpa və abadlaşma işlərini öz üzərinə götürdü. Və təmənnasız olaraq milli mənəvi dəyərlərin qorunub saxlanılması üçün 2016-cı ildən Əmircan kəndinin sakinlərinin ixtiyarına verdi.
Hicran Şərifovun dediklərindən:- Mən hər zaman atdığım addımlarımda dövlətimin, millətimin, xalqımın, rifahını düşünmüşəm.
Yaşadığım illər ərzində məqsədim çalışdığım hər bir sahədə dövlət başçımıza əməlim ilə bacardığım qədər dəstəy olmaqdır. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, salışdığı sahədə sədaqətlə xidmət etsin. Amalı yalnız xalqına şərəflə xidmət etməkdən ibarət olsun.

Almaz İlahə









Oxunub: 1 668
Oxşar xəbərlər
SON XƏBƏRLƏR