dini radikalizm və ekstremizmlə mübarizə

“Biz həm döyüşməyə, həm də ölməyə getmişdik” – Hicran Şərifov


32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Olimpiya Komitəsi NTK-nın sədri, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov Yeni Suraxanı məzarlığında uyuyan şəhidlərin məzarını ziyarət edib.

Şəhid məzarları üzərinə tər qərənfillər düzən H.Şərifov bildirib ki, şəhidlərin xatirəsi əziz və doğmadır: “Şəhid məzarı qarşısında baş əyməyən bizlərdən deyil. Onlar Azərbaycanımızın uğrunda canından keçiblər və hər birimizin şəhidlərə bir ömür borcu var”.

Qarabağ urğunda gedən döyüşlərdə iştirakından danışan H.Şərifovun sözlərinə görə, döyüşlər zamanı çoxlu sayda dostunu itirib: “Açıq deyəcəm, biz hamımız cəbhəyə həm döyüşməyə, həm də ölməyə getmişdik. Hər bir döyüşçü bilir ki, müharibədə ölə bilər. Sadəcə bəzilərimizin qismətində ölüm, bəzilərimizin qismətində isə sağ qalmaq var imiş. Tamamilə mümkün idi ki, mən və ya digər dostlarım da şəhid məzarında uyuyaq. Biz bunu göz önünə almışdıq. Bu gün burada uyuyan şəhid dostlarımız bizdən daha şanslıymış. Çünki onların taleyində şəhid olmaq kimi müqəddəs bir missiya var”.

Ziyarətdə iştirak edən Yeni Suraxanı seçiciləri bildiriblər ki, onlar qarşıdan gələn 9 fevral seçkilərində fəal iştirak edəcək və deputatlığa ən layiqli namizəd Hicran Şərifova səs verəcəklər. Çünki Hicran Şərifov dövlətini, millətini sevən, xalqına və vətəninə bağlı bir namizəddir və öz fəaliyyəti ilə bunu ortaya qoyub.

Oxunub: 500
Oxşar xəbərlər
SON XƏBƏRLƏR