dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid anası deputatlığa namizədə xeyir-dua verdi – VİDEO


32 saylı Üçüncü Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Olimpiya Komitəsi NTK-nın sədri, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov Bülbülə qəsəbəsində seçicilərlə görüş keçirib.

Onlarla kənd sakininin qatıldığı görüşdə çıxış edən H.Şərifov bildirib ki, bu Bülbülə qəsəbəsində seçicilərlə son görüşü deyil: “Bizim Bülbülə qəsəbəsində görüşlərimiz bundan sonra da davam edəcək. Bülbülə tarixi keçmişə, zəngin dəyərlərə malik qəsəbədir və buradan çoxlu sayda nüfuzlu insanlar çıxıb. Mən çox sevinirəm ki, bu gün sizlərin arasındayam”.

Daha sonra deputatlığa namizəd deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb və qeyd edib ki, onun seçki şüarı sözçülükdən əməli fəaliyyətə keçiddir: “Biz olduqca məsuliyyətli, lakin şərəfli bir yola çıxmışıq. İnanıram ki, bu yol bizi qələbəyə aparır və yekunda biz qalib gələcək, birlikdə ölkəmizin parlaq gələcəyinə öz tövhəmizi verəcəyik”.

Görüşdə iştirak edən şəhid anası Mariya Əliyeva Hicran Şərifova təşəkkür edib və onların arasında maraqlı dialoq yaşanıb. Deputatlığa namizədə xeyir-dua verən şəhid anasına H.Şərifov “Bu şaxtalı və soyuq havada bu görüşə qatılmısınızsa, bu mənə verilən ən böyük dəyərdir” deyib və ardınca əlavə edib ki, belə gözəl, fədəkar anaların rəğbətini qazanmaq onun üçün böyük fəxrdir. Qarabağ döyüşlərində iştirak etməsindən danışan H.Şərifov söyləyib ki, şəhidlik ən böyük zirvədir və şəhid anasından xeyir-dua almaq onu dövlətin, millətin gələcəyi üçün daha inamla fəaliyyətə təşviq edir.

Oxunub: 895
Oxşar xəbərlər
SON XƏBƏRLƏR