dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏKİ MƏRKƏZİ XƏSTƏXANASINDA HƏKİM LAQEYİDLİYİ


Şəki mərkəzi xəstəxanasına yerləşən 1999 cu il təvəllüdlü Məmmədov Nicat Həsən oğlu üç gündür ki, ağır durumdadır. Şəki şəhəri üzrə bölgə müxbirimiz bildirdi ki, xəstə ilk təziqin aşağı olması ilə bağlı xəstəxanaya daxil olunub,həkimlərin müdaxiləsi əsasında xəstənin təziqi qaldırılıb. Evə döndükdən sonra qanqusaraq təkrar xəstəxanaya qaytarılıb. Doğmalarının bildirdiyinə görə təziqinin qaldırılması üçün çox güclü pereparatlardan istifadə olunub. Xəstəxanaya gətirilən xəstə ilk 30 dəqiqə qəbul şöbəsində dəhlizdə nəzarətsiz - diqqətsiz qalıb.
Dünən gecə şəxsən mövbətçi həkim Tünzalə Zakirova ilə əlaqə saxladım . Xəstəyə qan köçürüldü xəstənin vəziyyəti orta ağır olaraq qaldığını və reanemasiya şöbəsinə yerləşdirildiyini bildirdi.
Səhər saatlarında xəstənin anası telefon bağlantısı yaradaraq övladım ölür yardım edin deyərək fəryad etməsindən sonra təkrar 11 -12 radələrində baş həkimin müavini Sərxan Musayevlə əlaqə yaratmaq məcburiyyətində qaldıq. Həkimdən xəstənin vəziyyətini sorduqda, bizə mətbuat xidmətindən məlumat almağımızı tövsiyyə etdi.
Sürətlə qanın aşağı yenməsi xəstənin qanının çox aşağı olması, onun daxili qanaxmasının ola biləcəyi ehtimalını biz onların nəzərinə şatdırdıqda isə biz konsilium çağırmışıq dedi.
Qan və plazmanın köçürülməsi həmişəki kimi pul müqabilində olduğu üçün xəstənin valideyinləri həkim tərəfindən maliyyə ödəməmək üçün arayiş verməsinə baxmayaraq
qanköçürmədə şöbəsindı qan üçün ya 70 manat pdənilməli ya da 3 nəfər qan verməli olduğunu bildirdilər. Xəstənin vəziyyəti ağır olmasına baxmayaraq qan verməni ləngitmişdir.
Xəstənin anasının "HƏKİM QURBAN ÖLUM BALAMIN QANI QURTARIR, QANI VERİN QAYIDIB QAN VERƏCƏYİK" deyərək nalə ilə aqlamasına baxmayaraq qanı ananın əlindən zörla və kobudluqla alaraq stolun üstünə atmışdır. Nicat Məmmədova yardım etmədiklərini və səhiyyədə olan özbaşınalıq haqqında məlumatı xəstənin anası və xalası bizə bildirdi.

Oxunub: 701
Oxşar xəbərlər
SON XƏBƏRLƏR