dini radikalizm və ekstremizmlə mübarizə

Məlahət İbrahimqızı: “Sovet Ordusunun 20 Yanvar vəhşəti xalqımızı istiqlal duyğusundan çəkindirə bilmədi”

Məlahət İbrahimqızı: “Sovet Ordusunun 20 Yanvar vəhşəti xalqımızı istiqlal duyğusundan çəkindirə bilmədi”

Məlumdur ki, bu il xalqımızın öz azadlığı və müstəqilliyi uğrunda mübarizəsinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 30 illiyi qeyd edilir. Belə ki, 1990-cı ilin 20 yanvarında keçmiş SSRİ rəhbərliyinin tapşırığı və ermənipərəst Sovet Ordusu ölkəmizdə öz istiqlaliyyəti uğrunda mübarizə aparan mülki və dinc insanlara qarşı amansızcasına cinayət hadisəsi törətmişdir. Buna baxmayaraq əli silahsız, amma vətənpərvər soydaşlarımız Bakıya yeridilmiş qoşunun qarşısında çəkilməmişdir.
Bildiyimiz kimi, hər il xalqımız minnətdarlıqla bu qəhramanlıq tarixini yüksək səviyyədə qeyd edir, faciənin qurbanlarını hörmət və ehtiramla yad edir və faciəni törədənlərin beynəlxalq tribunalarda mühakimə olunaraq, cavab vermələrini tələb edirlər. Bu il Azərbaycan xalqının qan yaddaşına əbədi yazılan bu qəhramanlıq tarixinin 30-cu ildönümüdür və bu münasibətlə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır. Bu Sərəncamdan irəli gələrək hazırda ölkəmizdə və onun hüdudlarından kənarda xalqımızın əzmkarlıqla apardığı azadlıq mücadiləsinin 30 illiyinə həsr olunmuş tədbirlər planı həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə keçirdiyi bu görüşün məqsədi də çağdaş müstəqilliyimizin qazanılmasında qəhrəmanlıq tariximiz olan “20 Yanvar”-ın xüsusi rolunun və əhəmiyyətinin bir daha gənc nəsillərə çatdırılmasıdır.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının Mənzil İnşaatı Dövlət Agentliyi üzrə ərazi ilk təşkilatının sədri və Agentliyin aparat rəhbəri Fərman Qurbanlı və YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, partiya fəalları və rayon ərazisində yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri iştirak edirdi.
Rayon təşkilatının inzibati binasında keçirilən tədbirin sonunda təşkilatçılar tərəfindən onlara müvafiq yardım edildi.


Oxunub: 429
Oxşar xəbərlər
SON XƏBƏRLƏR