dini radikalizm və ekstremizmlə mübarizə

“Sosial şəbəkələrdən düzgün istifadə qaydaları” adlı layihəyə start verildi


14 yanvar 2020-ci il tarixdə Biləsuvar Peşə liseyində Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsində qalib olan “Sosial şəbəkələrdən düzgün istifadə qaydaları” layihəsinin açılışı və ilk təlimi baş tutdu. Tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin əməkdaşı Sahil Hüseynzadə, Biləsuvar rayon Təhsil Şöbəsinin əməkdaşı Əliheydər Əlifli, Biləsuvar Peşə liseyinin direktoru Nərmin Muradlı, müəllimi Elsevər Salayev və gənclər iştirak etdilər. Layihə rəhbəri Şahruz Məmizadə əvvəlcə layihə barədə gənclərə məlumat verdi. Bildirdi ki, layihə gənclərin sosial şəbəkələrdən düzgün istifadə qaydaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin həyata keçirilməsindən ibarət olacaqdır. Çıxış edən qonaqlar layihənin işinə uğurlar arzuladılar, günümüzün ən aktual mövzularından olan bu sahəyə yer ayırdığına görə Gənclər Fonduna təşəkkürlərini bildirdilər. Daha sonra təlimçi Elnur Hüseynli gənclərə sosial şəbəkələrdən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyəti, eyni zamanda Azərbaycan həqiqətlərini, Azərbaycanın uğurlarını dünya ictimaiyyətinə çatdırmaq üçün həştəqlərdən kütləvi istifadənin əhəmiyyəti, internetdəki imkanlardan istifadə edərək düzgün maariflənmək, məlumatlılığı artırmaq barədə geniş söhbət açdı. Təlim gənclərin iştirakı ilə praktiki məşğələlərə davam etdirildi. Sonda təlimdə fəal iştirak edən gənclərə sertifikat və qiymətli hədiyyələr təqdim olundu.



Oxunub: 903
Oxşar xəbərlər
SON XƏBƏRLƏR