dini radikalizm və ekstremizmlə mübarizə

CƏFAKEŞ ALİM,XEYİRXAH İNSAN


Azərbaycanın elm tarixinə ağır itki üzv vermişdir .
Gorkəmli alim, AMEA-nin Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri , tarix elmləri doktoru , professor , AMEA-nın Müxbir üzvü , ADPU- nun Ümumi Tarix kafedrasının müdiri
Vəli Hüseyn oğlu Əliyev
2020 ci ilin yanvar ayının 8 - də haqq dünyasına qovuşmuşdur.
Vəli Əliyev 1959- cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsini bitirmiş, 1966-; cı ildə namizədlik, 1984- cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1994- cü ildə Professor elmi adına layiq görülmuşdür.
Cəfakeş alim olan Vəli Əliyev ADPU - nin ümumi tarix kafedrasında uzun illər şöbə mudiri vəzifəsində ləyaqətlə işləmiş, təhsilimizin ikişafında müstəsna xidmətlər göstərmiş , Azərbaycanın tarixi , etnoqrafiyası sahəsində 300 dən çox elmi əsərlərin ,9 sanballı , dəyərli monoqrafiyaların, dəyərli kitabların və tarix dərsliklərinin müəllifi olmusdur.
Beləki, görkəmli alimin
Azərbaycan tunc dövrü boyalı qablar mədəniyyəti , Qədim Naxçıvan, Ağsunun tarixi səhifələri, Naxçıvan Azərbaycanın tarixi diyarıdır, Naxçıvanın qədim qala şəhərləri, Qədim Qarabağ, Azərbaycan orta tunc dövrü mədəniyyəti, Naxçıvan, Gəmiqaya,
Əziz Əliyev böyük alim və görkəmli dövlət xadimidir,
Azərbaycan tarixi dərslik 4 cü sinif , Qədim dünya tarixi, Kultura epoxi sredney bronzı Azərbaydjana, İstoriya Azərbaydjana , ucebnik dlya 6 klassa, İstoriya srednoqo mira, ucebnik dlya 6 klassa və sair monoqrafiya və dərslikləri müəllifə geniş hörmət və şöhrət qazandırmışdır.
İctimai işlərdə fəal istirak edən Vəli Əliyev istər xarici ölkələrdə olarkən , istərsə də
Respublikamızda müxtəlif məzmunlu tədbirlərdə etdiyi maraqlı və nəsihətamiz çıxışları onu tanıyan dostlarının yaddaşındadır.
Səmərəli elmi araşdırmaları barədə Azərbaycan televiziyasında tarixi filmlər çəkilmişdir.
Duzlu və şirin danısığı ilə geniş auditoriyanı ələ almaq bacarıgı olan Vəli muəllim fitri istedad , guclü yaddaş sahibi idi.
Görkəmli sənətkarımız Ramiz Əzizbəylinin 70 illik yubileyi ilə bağli məclisi idarə etmək Ağsaqqallar Şurası adından Vəli müəllimə həvalə edilmisdi.
Biliyi, savadı və dəyərli məsləhəti , geniş dünyagörüşü sayəsində Respublikada böyük nüfuz və hörmət sahibi idi .
Vəli Əliyevlə Xızı rayonunun Altıagac qəsəbəsində bir həftə bir yerdə qalmağımız, təbiətin qoynunda təbii bulaqlardan su içməyimiz, Məlahət müəllimənin saxladıgı inəklərin yağlı südündən, qaymağından, nehrə yağından , təbii nemətlərdən iştahla təam etməyimiz , Oqtay Rzanın , Baba Şükürovun , Mərcan Şahbuzlunun, Tofiq Gülməmmədovun, Fəsih Alıoğlunun, Vüqar Allahverdiyevin istirakı ilə kećirdiyimiz gözəl günlər indi unudulmaz bir xatirəyə çevrilib. Xızı dağlarını , meşələrini gəzərkən bir an da yorulmasdı. Əsl dağ adamıydı.
Həkəri qəzetində bu haqda geniş məqalələrim çap olunarkən Vəli müəllimin " Rauf , təbiəti necə gözəl vəsf etmisən " deməyi məni bu gün də çox duyğulandırır.
Təzəpir məsçidində iztihamlı yas mərasiminə insanlar axın- axın gəlirdilər. Zal dolu idi.
Bu acı xəbəri esidən hər kəs kədərlənirdi.
Vəli müəllim böyüklə böyük, kiçiklə- kiçık kimi rəftar etməklə sadə, mehriban və qayğıkeş insan idi.
Yas məçlisində eşitdim ki , uzun illər ADPU də şərəflə işləmiş Vəli Əliyev haqsiz olaraq , güya yaş məhdudiyyətləri nəzərə alınmaqla işdən azad olunmuş və görünür rektorun imzaladıgı duşünülməmiş əmrdən sonra Vəli müəllim cəmi 8 gün yaşamışdır .
Fədakar elm xadiminə yaş həddinə görə məhdudiyyət qoyulması yolverilməzdir. Məgər elmdə məhdidiyyət olarmı?
Gərək təzə rektor Vəli muəllimin təcrübəsindən, insani keyfiyyətlərindən,
xeyirxahlığından, mərdanəliyindən ,tamahsızlığından və biliyindən daha çox bəhrələnəydi, türk dünyasında böyük nüfuz sahibi olan bir şəxsə diqqət və qayğı ilə yanaşaydı.
Şərəfli ömrünü təhsilimizin inkisafına , qədim tariximizin araşdırılmasına həsr etmiş elm fədaisinin görkəmli alimin universitetdən təcrid olunması bəlkə də onu haqlı olaraq əsəbləşdirmişdir.
İşıqlı bir şəxs olan Vəli Əliyevin Azərbaycan elm tarixinə verdiyi töhfələri , yazdıgı dəyərli monoqrafiyaları, elmi əsərləri , yazdığı tarix dərslikləri onu əsrlərlə yasadacaqdır.
Akademik Vəli Əliyevin övladlarına, doğmalarına , onu tanıyan dostlarına , qardaşı , professor Vilayət Əliyevə dərin hüznlə başsağlığı verir və sonsuz kədərləndiyimizi bildiririk.
Allah rəhmət eləsin, məzarı ilahi nuruyla dolsun.
Rauf İLYASOĞLU .

HƏKƏRİ qəzetinin baş redaktoru, şair - publisist.


Oxunub: 793
Oxşar xəbərlər
SON XƏBƏRLƏR