dini radikalizm və ekstremizmlə mübarizə

Rauf İlyasoğlu Famil İsmayılovu təbrik edir


Eşidəndə ki dostumuz Famil İsmayılovun 50 yaşı tamam olur, çox sevindim və bədahətən belə bir şeir yazdım.

Həyatda özünə düz yol seçmisən,
Çatmısan yubiley yaşına ,Famil ,
Allah qarşısında səcdə eyləyib ,
Heyransan Maxtanın daşına, Famil.

Müqəddəs məkanı ziyarət etdin,
Qurani Kərimə sən əməl etdin,
Rəbbim deyən düz yol ilə , duz getdin,
Nəvələr toyuna çatasan, Famil .

Sözün dürüst, safdır sənin niyyətin,
Dosta sədaqətin, var ləyaqətin,
Durmusan cətində , hər zaman mətin,
Bol sevinc qatmısan yasına, Famil .

Dostların yanında ucadır başın,
Arzum budur olsun səksən, yüz yasın,
Süfrəndə bol olsun çörəyin, aşın ,
Hər zaman arzuna çatasan, Famil.
Rauf İlyasoğlu

Oxunub: 636
Oxşar xəbərlər
SON XƏBƏRLƏR