» » QARA TORPAĞA YAR OLAN ŞƏHİDİM LAY- LAY

QARA TORPAĞA YAR OLAN ŞƏHİDİM LAY- LAY


Bu yazım biraz fərqli olacaq yenə,
Məni qınamayın siz buna görə.
İçim qan ağlayır inanın mənə,
ŞƏHİD gətirilib Vətənə yenə.
Amansız fələk bu gün kədərdən yazmaq istəmədim amma aman vermədin mənə.
Mən deyən də ki bu fələyin mənimlə düşmənçiliyi var heç kim inanmır.
Dünən İlahə adlı bir həkim qızımızın doğum günü təbriki yazdım. Şəhid ailələrinə yardıma qaçan, qazilərinə bacı olan. İnanın səmimiyyətimə hər kəsin ilk kəlməsi Allah rəhmət etsin idi. İlk öncə çox pis oldum düşündüm ki, heç yaxşı olmadı, istədim qızın ad gününə sürpris edərək təbrik edim, yazığa rəhmət dilədilər.
Sonra özümü günahlandırdım. Günahkar sənsən dedim. Axı hər zaman paylaşımlarım kədər, qəm, qüssə. Məhz ona görə də təbriki belə oxumadan başsağlığı verirlər.
Görəsən mən bu qədər şəhidləri paylaşım etməkdə günahmı edirəm deyə bu gün bu sualı özü- özümə verdim. Sonrada daha məndə bu gündən şən ruh yüksəkliyi bəxş edən yazılar videolar paylaşacam deyərək özümə söz verdim. Bir neçə saat keçməmiş şəhid xəbərini aldım. Sözümün üstündə yalnız durmağı gecə saat 24.00 kimi bacardım. Və şəhidimdən yazmaq üçün yenədə burada fəryad edirəm.
Aayyyy Fələk canın yansın... canın varsa.
Balan ölsün... balan varsa...
Evin viran olsun, talan olsun evin varsa, elin varsa.
Param parça olasan oğul, oğul deyərək fəryad edən analar tək.
Çox qürurlu əzəmətli görünürsən nə dərd qəddini əyir, nə də dərdə özünü ortağ bilirsən.
O qürurun şəhid atasının sınam beli kimi sınsın. Əzəmətin yerlə yeksan olsun. Viran olan bir ailə tək.(((((
ŞƏHİDİM var! Ay ellər.
Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən, bir nur üzlü balada həyatına vida dedi. Hələ bizim bəzi məmurlarımız isti yataqda erməni qızlarını yaxşı qucaqlayıb yatsınlar. Mənimsə sərhədçi əsgərim dığaların gülləsinə tuş gəlsin.
Bu gün yenə bir qara daş düşdü elimə Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu ŞƏHİD oldu. Nur içində yat desəmdə sən qara torpaqda yatacaqsan Şəhidim...
Bizi bağışla bağışlaya bilsən.!
Bu gün bir qara daş düşdü ömrünə,
Fələyin çərxi tərsinə döndü.
Baxmadı göz yaşa, nə yalvarışa,
İgid Fərzəlini aldı apardı.
Bax bir gündə belə bitdi, belə başladı. Qara torpağa yar olan şəhidim lay lay.
Başı dərddən xarab olan

Almaz İlahə
Oxşar xəbərlər
«    Ocak 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031