dini radikalizm və ekstremizmlə mübarizə

İLAHƏ SEVDASINDAN YARANAN İLAHƏ SEVGİSİ


Uzun aylar , bəlkə də illər öncə ondan yazmalıydım. Qəlbi uşaq saflığında olan bir insan. Hər kəs rəbbimin yaratdığı adamdır amma insan olmağı hərkəs bacarmadı, bacarmazda. Mənim oxucularım həssas duyğularımın hər zaman yazılarımla şahidi olub. Uzun illərdir ki, mən canımdan ayrılan canın oxşarın gəzdim. Kiminin yerişində, duruşunda, görnüşündə, gülüşündə, saçlarında onu aradım. Hər oxşarını fərqli sevdim. Bəzən saçarına sığal çəkdiyim qızlar yanaşmamı sadəcə mənim diqqətimdən irəli gələn mehribanlığ kimi qiymətləndirdilər. Kiminin boyu-buxunu o qədər ona bənzədi ki, hər o qızı qucaqlayərkən Onu qollarıma alırmış kimi duyğu yaşadım. Hətda adıma yaraşan İlahə adını hər eşitdikdə, müraciət edərkən hər zaman deyirəm "adına qurban olduğum".
Beləcə özümü aldadaraq yaşamışam bəlkə də bu aldatmalarım olmasaydı yaşaya bilməzdim. Onun bir oxşarı var Fəridə Nizamiqızı mənim haqqımda bir neçə verliş çəkib, inanın səmimiyyətimə məni o verlişdə yeganə maraqlandıran məqam mənimlə bir neçə saat olması və yaddaşlarda qalacaq verlişdə hər zaman onu izləməyim olması idi.
Beləcə İlahələrin vurgunu, xəstəsi oldum. Çarəsiz dərdimin əlacı olan İlahələr, kimi oxşarlığı ilə, kimi adı ilə.
İndi isə insanlığından söz açacağım İlahə kimdir?O, dünyay 7 aylıq 700 qr. dpğulan körpələrdəndir. Bəlkə də qeyri adi bir ruha malik olmasına səbəbdə budur. Anasının dediyinə görə çox zəif olub həyta 4 sinifdə oxuyanda belə çantasını daşımağa gücü olmayıb. Amma çox zəki ağıllı qız olub. Dərslərini əla oxuyub. Artıq o həkimdir. Yüzlərlə insana sağlamlıq bəxş edən həkim. İnsanlar yardıma qaçan həkim. Kasıbın əlimdən tutam həkim, dərdlərə çarə tapmağa çalışan həkim...
İndi bu qədər müsbət xüsusiyyətləri özündə cəm edən həkimlər çox azdır. İlahə xanımın o qədər əməlisaleh əməlləri var ki, bəlkədə bu gün bunları burada açıqladığım üçün məndən inciyəcək. Deyəcək:" Almaz xanım nə üçün əməllərimi insanlara bidirdiniz? Axı mən bu əməlləri kiminsə bilməsi üçün deyil, o dünyam üçün edirəm. Müsəlman müsəlmana bacardığı yardımı əsirgəməz deyə yaxşılıq edirəm."
Bu sözləri deməkdə haqqlı olsada mən oxucularıma qəhrəmanımı tanıtmaq istədim. Bir başqa insanlar da ondan örnək götürsünlər deyə bunu açıqladım.
İlahə həkimi beş ildir tanıyıram. Hər zaman bir- birimizə hörmətlə yanaşmışıq. Ziyalı, savadlı gənc həkim qızımız mərhəmət boxçasıdır. Bu qızın məqsədi yalnız yaxşılıq etməkdir. Qohumlarını dostlarını belə yardıma ehtiyacı olanların yanında olmağa səsləyir. Bu yaxın günlərdə mənə bir təklif etdi.
-"Almaz xanım çox xahiş edirəm. Şəhid ailələrindən, qazilərimizdən kimə həkim lazım olarsa mənə deyin mayinə və müalicəsini mən təmənnasız edəcəm. Hətda dərmanlarını belə özüm almağa çalışacam."
Baxım İlahə xanımın bu cəhətləri onu mənə sevdirir. Uşaq evlərinə, atılmış ahıllarımıza, imkansız kimsəsizlərin ümid yeridir mənim İlahəm.
Adı kimi özü də, əməli də yeganə olan insanlardandır.
Bu gün ad günüdür. Ona arzularım sonsuzdur.
Nə yazım ki bu təbrik mənim arzularımı deyil Allahın istədikləri olsun deyə düşündüm.
Axı Rəbbim hər bir bəndəsinə yalnız ən gözəlini rəva bilir.
Mənim mələy üzlüm bu gün sənin günün, bu il sənin ilin.
07.01.2020-ci il tarixindən artıq Sənin o gözəl gözlərin yaş görməyəcək , xoşbəxtlikdən sevinc saçacaq.
Bu il üzündəki o məsum təbəssüm şaqrar gülüşlə əvəz olacaq.
Bu il könül sultanın Səni sevənlər olacaq.
Bu il uğur sənlə bir addımlayacaq.
Bu il qadın xoşbəxliyinin nə olduğunu biləcəksən.
Bu il yalanlardan uzaq bir dünyanın sakini olaraq yaşayacaqsan.
Sevinc başının tacı olacaq, kədərsə gen qaçacaq lap dünyanın sonu tək...
Mən sənə nə isə arzulamadım. Mən sənə nələrin olacağını dedim. Bunlara inan. Axı sın mənə mələyimsın deyirsən. Mələysə yalnız deyilənə əməl edər. Mən də sənə dedim. Sən Almaz İlahənin İlahəsi ay qəlbimin sakini gül sənə gülüş çox yaraşır!

ALMAZ İLAHƏ

Oxunub: 677
Oxşar xəbərlər
SON XƏBƏRLƏR