dini radikalizm və ekstremizmlə mübarizə

Sosial şəbəkələrdə İranın İraqda qətlə yetirilmiş general Qasem Süleymani haqqında müzakirələrə münasibətim.


Bismilləhir rahmənir rahim. İran İR-nın generalı Qasem Süleymaninin ABŞ hərbiçiləri tərəfindən qətlə yetirilməsi dünya gündəminin əsas müzakirə mövzusuna çevrilmişdir. Ümumi müzakirələrdə fərqli fikirlər görməklə həqiqət gizlədilərək siyasi maraqlar və təhlillər önə verilmişdir. Bu mövzu dünyanın gündəmində olduğu kimi Azərbaycanda xüsusən də, sosial şəbəkələrdə böyük müzakirə predmetinə çevrilmişdir. Ümbətçilik siyasəti adı altında Azərbaycanda İran Fars rejiminin tərafdarları Qasem Süleymanini bir şəhid kimi anıb, dərin hüzün kimi ifadə edirlər. Digər tərəfdən millətçilər Azərbaycanın bölünməsində İranın apardığı siyasətə görə bu məsələyə ümbətçilər kimi yanaşmırlar. Əsasları da budur ki, Azərbaycanı parçalayan, Qarabağın işğalında Ermənilərə yardım göstərən İran Fars rejiminin generalına dəstək olaraq necə ürək ağrısı keçirmək olar?
Sosial şəbəkələrdə bu ziddiyətli çəkişmələr millətimizin ideoloji baxımdan nə qədər fərqli münasibətdə olduğunu ortaya qoyur. Bu səbəblərdir ki, xalqımız illərdir fərqli ideologiya və fəlqli baxışlara görə birləşə bilmir. Bir əsrdə itirdiyimiz torpaqların səbəbinin mahiyyətlərindən biri də məhz bunladır. Xalqımız vahid Azəbaycançılıq ideologiyası uğrunda bir araya gələ bilmirlər. Budur bizim bizim faciəmiz!!.
Düşünürəm ki, sosial şəbəkələdə Qasem Süleymanin qətlə yetirilməsinin bu qə qədər şişirdilməsində hakimiyyətin məqsədli olaraq, siyasi niyyəti görsənməkdədir. Xalqın gözü ölkədə baş vermiş hadisələrdə olduğu halda, bu hadisənin dövrüyəyə girməsi, hakimiyyətin əməllərini diqqətdən kənarda saxlayır.
Ölkəmizdə məhkəməsiz güllələnən hərbbiçilərin, yanğın terrorundan mülkiyyəti məhv edilmiş müxalifətçilərin taleyindən və şərlənərək həbs edilmiş müqavimətçilər və dindar qardaşlarımızın aqibətindən Qasem Süleymaninin qətlə yetirilməsi bizlərə nə qədər dərd oldu ki, özümüzün bu qədər dərdlərimiz olduğu yerdə, bunları unutduq? Qanımızda bu naqislik nədir ki, özümüzə sahib çıxa bilmirik. Öz şəhidlərimizi yada salıb, ruhlarına dua oxumuruq, millətimizin haqqı və hüququ pozulmuş dirilərinə sahib dura bilmirik, amma "nəyinsə" hesabına başqalarının şəhidinə sinə vurub, göz yaşı tökürük?
Dəhşət deyilmi?!...
Xalqımızın bu davranışına nə ad verək?- Cahillikmi, nadanlıqmı, satqınlıqmı, yaltaqlıqmı? Bilmirəm!.
Fikrimi, düşüncələrimi və acımı söylədim. Qalanı qalsın hər bir şəxsin vicdanına və yozumuna.

Oxunub: 502
Oxşar xəbərlər
SON XƏBƏRLƏR