dini radikalizm və ekstremizmlə mübarizə

XİLƏ,YENİ SURAXANI VƏ BÜLBÜLƏ KƏNDİNİN FƏXRİ NAMİZƏDİ


Dünya şöhrətli güləş hakimi, pedaqogika üzrə fəlsəfə doktoru, pedaqogika üzrə elmlər doktoru proqramının doktorantı Hicran İbrahim oğlu Şərifov, Əmircan, Yeni Suraxanı və Bülbülə qəsəbələrini əhatə edən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa qeydə alınmış namizəddir.
Namizədimizə uğurlar diləyirik. İnanırıq ki, Xilə, Yeni Suraxanı və Bülbülə kənd sakinləri yalnız layiqli olan Hicran Şərifova dəstəy olacaqlar.

Namizədin həyat yaradıcılığını oxucularımıza təqdim edirik.

Şərifov Hicran İbrahim oğlu 01.08.1965-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. (Rus və İngilis dillərində sərbəst danışıram və tərcümə edir). Ali təhsillidir. Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 114 №-li orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya Akademiyasına daxil olmuş və 1992-ci ildə bitirmişdir.
Hərbi mükəlləfiyyətlidir. 1984-cü ildə Bakı şəhəri Suraxanı RHK-ı tərəfindən hərbi xidmətə çağırılmış, hərbi xidmətini 1984-çü ilin oktyabr ayından 1986-cı ilin dekabr ayınadək indiki Sankt-Peterburq şəhərində N saylı hərbi hissədə hərbi texnika və zirehli maşın sürücüsü vəzifəsində keçirmişdir. Heç bir siyasi partiyanın üzvü deyil və siyasi hərəkatda iştirak etməmişdir. Ailəlidir 5 (beş) övlad və iki nəvəsu var.
1987-ci ildən 1993-cü ilə qədər Əmircan qəsəbəsindəki "Suraxanı maşınqayırma zavodunda" elektrik vəzifəsində çalışmışdır.
1993-cü ildən DİN-in əməkdaşıdır. 1994-cü ildən 2000-ci ilin avqust ayına qədər DİN-in HNPİ-nin baxış bölməsi üzrə kiçik inspektoru vəzifəsində işləmişdir. 2000-ci ilin avqust ayında Polis Leytenantı rütbəsinə layiq görülmüş və DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi vəzifəsinə təyin olunmuşdur. Sonrakı illərdə həmin akademiyada Fiziki hazırlıq kafedrasının müəllimi və Tədris-metodiki şöbənin baş inspektoru vəzifəsində çalışmış. Polis Polkovnik-leytenantı rütbəsinə qədər yüksəlmiş və 17.12.2019-cu il tarixində öz istəyi ilə təqaüdə çıxmışdır. Hüquqşünasdır.
2013-cü ildən Milli Olimpiya Komitəsində Nəzarət-Təftiş Komissiyasının sədridir.
1999-cu ildən indiyə kimi “Neftçi İdman Klubu” İctimai Birliyində məşqçi-müəllim vəzifəsində işləyir (əvəzçilik üzrə). Eyni zamanda Xətai ray., Əhmədli qəs., N.Tusi küçəsində yerləşən "Cəngi" Güləş Klubunun sədridir.
Olimpiya kateqoriyalı, Beynəlxalq dərəcəli hakimdir. İdmanın Yunan-Roma güləş növü ilə məşğul olmuşdur. İdman ustası, Azərbaycan Respublikasının "ƏMƏKDAR MƏŞQÇİSİ" (vəsiqə № 30) və Qarabağ müharibə veteranıyam (vəsiqə № 024730). Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında hakim olaraq Azərbaycanı təmsil etmişdir. Beləliklə, Yay Olimpiya Oyunlarında 3 dəfə hakimlik etmiş yeganə azərbaycanlı hakimdir. London-2012 Yay Olimpiya Oyunlarında "Dünyanın ən yaxşı güləş hakimi" elan olunmuş və "QIZIL FİT" mükafatına layiq görülmüşdür.
Tələbələri Bayramov Rövşən dəfələrlə Avropa və Dünya Çempionu, ikiqat (Pekin, London) Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. Muxtarov Elman dəfələrlə Yeniyetmələrin və Gənclərin Avropa və Dünya Çempionu, Sinqapur-2010 Olimpiya Oyunlarının Çempionu və Bakı-2015 I Avropa Oyunlarının bürünc mükafatçısı olmuşdur. Həsənov Elnur Yeniyetmələrin Dünya Çempionu, Hüseynov Seymur, Şəbnəm Əhmədova, Nəsir Həsənov və Fail İsgəndərov Yeniyetmələrin Avropa və Dünya mükafatçılarıdır. Səbirə Əliyeva dəfələrlə Yeniyetmələrin və Gənclərin Avropa və Dünya Çempionudur.

Mükafatlar

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 29 avqust tarixli 3017 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı (№ 01430)
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 dekabr tarixli 1249 nömrəli Sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" (№ I-89)
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 31 avqust tarixli 2399 nömrəli Sərəncamı ilə "ŞÖHRƏT" ordeni (№ I-109)
“Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” Bakı, 29 iyun 2015-ci il
Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni 23 dekabr, 2016-ci il
Azərbaycan Respublikası DİN-in 28.11.2007-ci il tarixli 2303 ş/h №-li əmri ilə “QÜSURSUZ XİDMƏTƏ GÖRƏ” 3-cü dərəcəli medal
Azərbaycan Respublikası DİN-in 10.12.2008-ci il tarixli 2418 ş/h №-li əmri ilə “QÜSURSUZ XİDMƏTƏ GÖRƏ” 2-ci dərəcəli medal
Azərbaycan Respublikası DİN-in 08.07.2013-ci il tarixli Ə1552 ş/h №-li əmri ilə “QÜSURSUZ XİDMƏTƏ GÖRƏ” 1-ci dərəcəli medal
Azərbaycan Respublikası DİN-in 23.01.2013-cü tarixli 158ş/h №-li əmri ilə “ƏLA XİDMƏTLƏRƏ GÖRƏ” döş nişanı
Azərbaycan Respublikası DİN-nin “Fəxri Fərman”ı 8 iyul 2016-ci il
Azərbaycan Respublikası DİN-nin “Fəxri Fərman”ı 2 iyun 2017-ci il
təltif edilmişdir.

Elmi İş

İxtisas: 58.04.01 Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
Mövzu: Uşaq Gənclər İdman Məktəblərinin (UGİM) idarə edilməsinin elmi-pedaqoji əsasları
Elmi Rəhbər: Prof. Piralı Behbudalı oğlu Əliyev
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent – Təhsil İnstitutunda Şöbə müdiri
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
7 aprel 2017-ci il tarixli (protokol, N 07-k) qərarı ilə pedaqogika üzrə

FƏLSƏFƏ DOKTORU elmi dərəcəsi verilmişdir.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Pedaqogika üzrə elmlər doktoru proqramının doktorantı.

Mövzu: Xüsusi təyinatlı ali təhsil müəssisələrində fiziki hazırlığın təşkili və idarə edilməsi.

Məqalə və tezislər

1. “Təhsilin məzmununa yeni yanaşmalar”, Humanitar Elmlərin öyrənilməsinin aktual problemləri, 2018 № 2
2. “Məktəbdənkənar təhsil müəssisələrində fiziki tərbiyə məşğələlərinin təşkili prinsipləri”, ARTİ-nin Elmi əsərləri, Bakı-2018, № 5
3. “Uşaq-gənclər idman məktəblərində keyfiyyətin idarə edilməsi: monitorinq və qiymətləndirmənin tətbiqi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi: məzmun və vasitələrin yaradılması problemləri” mövzusunda Beynəlxalq elmi konfransın materialları, Bakı, 25 iyun 2016
4. “Uşaq-gənclər idman məktəblərinin idarə edilməsinin pedaqoji-metodik təminatı modeli”, Azərbaycan məktəbi, Bakı-2016, № 2
5. “Uşaq-gənclər idman məktəblərinin idarə edilməsinin psixoloji əsasları”, Humanitar Elmlərin öyrənilməsinin aktual problemləri, 2016 №1
6. “Uşaq-gənclər idman məktəblərində təlim-məşq prosesinin idarə edilməsi metodikası”, Humanitar Elmlərin öyrənilməsinin aktual problemləri, 2015 № 3
7. “Uşaq-gənclər idman məktəblərində (UGİM) fiziki tərbiyənin tədrisi və təşkili formaları”, “Doktorantların və gənc tədqiqatçıların XIX Respublika Elmi konfransının materialları, Bakı-2015, № 2
8. "Uşaq-gənclər idman məktəblərində fiziki tərbiyə işinin pedaqoji əsasları", ARTPİ-nin Elmi əsərləri, Bakı- 2015, № 2
9. “Uşaq-gənclər idman məktəblərində keyfiyyətin idarə edilməsi sistemi”, “Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda Respublika Elmi Konfransının materialları, Bakı, 16 dekabr, 2015
10. "Xarici ölkə təcrübəsində uşaq-gənclər idman-fiziki tərbiyə hərəkətı", ARTPİ, NDU, NMİ. “Azərbaycan təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar” mövzusunda Beynəlxalq Elmi Konfransın Materialları. Naxçıvan şəhəri, 5-6 iyun 2015-ci il.
11. “Uşaq-gənclər idman məktəblərində məşqçi- müəllimlərin işinin təşkilinin pedaqoji- psixoloji əsasları”, ARTPİ-nin Elmi əsərləri, Bakı- 2015, № 3
12. “Uşaq-gənclər idman məktəblərində fiziki tərbiyə işinin pedaqoji prinsipləri”, Beynəlxalq Elmi və Tədqiqat Nəşrləri Jurnalı, Cild 7, № 4, ABŞ, 2015
13. “Müstəqillik dövründə Azərbaycan idmanının yeni uğurları”, ARTPİ-nin Elmi əsərləri, Bakı- 2013, № 4

Kitablar

1. Dərslik: İdman güləşi, Araz, Bakı-2016
2. Monoqafiya: Uşaq-Gənclər İdman Məktəblərinin İdarə Olunmasının Modernləşdirilməsi, Bakı-Mütərcim, Bakı – 2018
3. Monoqafiya: UGİM-lərin idarə edilməsinin elmi pedaqoji əsasları, Globe Edit İnternational Book Market Service, Beau Bassin – 2018

P.S. Belə bir zəngin tərcümeyihalı olan bir insandır Hicran Şərifov. Seçicilərin layiqliyə səs verəcəklərinə əminəm .

Oxunub: 1 848
Oxşar xəbərlər
SON XƏBƏRLƏR