dini radikalizm və ekstremizmlə mübarizə

YARDIMLININ FƏXRİ OLAN ÖVLADLARINDAN BİRİ


"Dadaşov Vüqar Piri oğlu 18.12.1972-ci il tarixdə Yardımlı rayonunun Bozərən kəndində anadan olub,
1990-cı ildə orta məktəbi fərqlənmə ilə bitirib, məktəblilər arasında Azərbaycan Respublika Olimpiadasının qalibi olub,
1991-1996-cı illərdə Azərbaycan Respublikası DİN DQ tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak edib,
22.09.1993-cü il tarixdə Zəngilan Rayonunda işğalçı ermənilərlə döyüş zamanı yaralanıb.

1996-cı ildən 2014-cü ilədək Rusiya Federasiyasında daimi yaşayıb.
Ali təhsillidir, Moskva Humanitar Akademiyasının Hüquqşünaslıq fakültəsini,
və Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin “Bilik” elmi mərkəzinin
“Əhalinin və yüklərinin daşınmasinin təşkili” ixtisasını və
“Ural Ali Məktəblər Assosiasiyası “ingilis dili” kursunu bitirib.

2000-2008-ci illər Ümumrusiya Azərbaycanlıları Konqresinin Sverdlovsk vilayəti bölməsinin nəzarət-yoxlama komissiyasının sədri vəzifəsində diaspor fəaliyyəti göstərib. Rusiyada hüquq-mühafizə orqanlarında və vəkillər ittifaqında tərcüməçi, hüquqşünas, hüquq məsləhətçisi kimi vəzifələrdə işləyib.
2015-ci ildən Azərbaycan KİV-də, TV-də, radioda, elektron mediada hüquqşünas, hüquq eksperti və politoloq kimi sıxış edir. 130-dan çox elmi, hüquqi, siyasi araşdırma xarakterli məqalə və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş 10-dan çox qanun layihələrinin müəllifidir.
21.10.2019-cu il tarixdə "Mənim düşüncəm" adlı tarixi-elmi, siyasi-fəlsəfi, ideoloji mövzuda yazılmış kitabı işıq üzü görüb.

Ailəlidir, üç övladı var.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Müharibə veteranı”dır. Prezident təqaüdçüsüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür."

Oxunub: 1 183
Oxşar xəbərlər
SON XƏBƏRLƏR