dini radikalizm və ekstremizmlə mübarizə

Daha bir müharibə ocağı: Bu savaş daha dəhşətli olacaq

Daha bir müharibə ocağı: Bu savaş daha dəhşətli olacaq

“Türkiyə parlamenti 325 lehinə, 184 əlehinə olmaqla hərbi qüvvələrini Liviyaya müdaxiləsinə icazə verdi. Liviyanın mərkəzi hökuməti Türkiyədən hərbi dəstək gözləyir. Müxalif general Xəlifə Haftarın hərbi birlikləri paytaxt Tripoliyə yaxınlaşır”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Analitik hesab edir ki, Tripolidəki hökuməti xilas edə biləcək tək ölkə Türkiyədir:

“Ankara Tripoliyə dəstək verəcək, əks halda Xəlifə Haftar Liviyanın tamamına nəzarəti ələ keçirəcək. Belə olan halda isə Liviya Aralıq dənizində formalaşan anti-Türkiyə blokuna (İsrail-Kipr Respublikası-Yunanıstan-Misir) qoşulacaq. Bu baş verməsin deyə, Türkiyə yaxın günlərdə hərbi birliklərini Tripoliyə göndərəcək. Açıq demək lazımdır ki, Tripolidə türkiyəli hərbi mütəxəssislər indi də var, sadəcə əlavə güc lazımdır.

Beləliklə, Türkiyə Suriyadan sonra Liviyaya da hərbçilərini göndərməyə məcbur qalıb. Cümhuriyyət Xalq Partiyası Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edərək deyir ki, “türk hərbçilərinin Suriyada və Liviyada nə işi var”. Əlbəttə ki, Türkiyədə bu arqumenti dəstəkləyənlər az deyil. Ancaq medalın başqa üzü də var. Türkiyə öz sərhədlərindən kənarda fəal olmasa, anti-Türkiyə qüvvələri ətrafdakı boşluqları öz xeyirlərinə dolduracaqlar. Bu isə Türkiyənin bölgədəki imkanlarını məhdudlaşdıracaq. Avrasiya qaynayır, öz qınına çəkilən böyük güclər demək olar ki, yoxdur”.

Elxan Şahinoğlu onu da xatırladıb ki, Ünal Çeviköz Türkiyənin Azərbaycanda səfiri olanda Rəcəb Tayyib Ərdoğanın xarici siyasətini əsaslandırırdı:

“Bunu səfir vəzifəsi ondan tələb edirdi. Bu gün Ünal Çeviköz müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının əsas simalarından biridir və bu gün Böyük Millət Məclisində partiyası adına çıxış edərək eyni sualı verib: “Bizim Liviyada nə işimiz var?” Bunu da müxalifətçi mövqeyi ondan tələb edir”. (cebhe.info)

Oxunub: 439
Oxşar xəbərlər
SON XƏBƏRLƏR