dini radikalizm və ekstremizmlə mübarizə

Gənc alim Əpoş Vəliyev deputatlığa namizədliyini irəli sürüb


Tanınmış gənc alim, Filologiya üzrə fəlsəfə doktoru Əpoş İslam oğlu Vəliyev (Elyar İslamoğlu) deputatlığa namizədliyini irəli sürüb. Bu barədə Ə. Vəliyev özü Facebook hesabında məlumat verib.

“Göydə Allah, yerdə xalqım.

9 saylı Binəqədi ikinci seçki dairəsindən şəxsi təşəbbüsümlə deputatlığa namizədliyimi verdim.

Hazırda seçici imzalarının toplanmasına başlamışam.

Əziz Binəqədi, 9 saylı seçki dairəsinin seçiciləri,

Qapınızı alın açıqlığı, üz ağlığı ilə döyəcəm. Çünki, hər zaman xalqımın yanında oldum, xalqımın səsini, problemlərini aidiyyatı qurumlara çatdırmağa çalışdım. İnşallah, birlikdə bacaracağıq. Qarşımızda görülməli çox işlər var”.

Xatırladaq ki, Əpoş Vəliyev həm də aprel şəhidi Qabil Orucəliyevin yaxın qohumudur.



Oxunub: 800
Oxşar xəbərlər
SON XƏBƏRLƏR