dini radikalizm və ekstremizmlə mübarizə

SABİR RÜSTƏMXANLIDAN YARDIMLI SAKİNLƏRİNƏ QISA HESABAT


Bir neçə gün öncə xalq şairi Sabir Rüstəmxanlının Yardımlını Milli Məclisdə təmsil etməyə ən layiqli namizədimiz olduğu barədə "Facebook"-dakı sosial səhifəmizdə status paylaşmışdıq. Bir sıra insanların- Sabir Rüstəmxanlı deputat olduğu müddətdə Yardımlı üçün nə edib- sualına xalq şairinin özündən cavab aldıq. Buyurun, siz də tanış olun:

"YARDIMLI CAMAATINA QISA HESABATIM

Dəyərli Elman Eldaroğlunun kiçik statusunda haqqımda böyük sayqı ilə yazdığı bir cümlə kimliyi bəlli olmayan 2-3 nəfər Yardımlı əhlini hirsləndirib və başlayıblar hesabat sormağa ki, Sabir rayon üçün nə iş görüb Onları qınamıram, çünki kitabdan bixəbərdilər və millət vəkilinin səlahiyyətini, vəzifələrini də bilmirlər...

Yeri gəlmişkən deyim ki, İndiyədək mənim ədəbi və ictimai fəaliyyətim haqqında Azərbaycanda və Türkiyədə 15 kitab yazılıb. Görəsən o bir cümləyə hirslənənlər həmin kitablarda haqqımda yazılan xoş sözləri oxusalar nə günə düşərlər? Həmin kitabların birini Yardımladan olan alim qardaşımız, rəhmətlik Sabir Bəşirov yazıb...

Tapşırıqla yazılmış atmacalara cavab vermək niyyətim yoxdur. Dəyməz! Ancaq o adamlar ki, səmimi şəkildə mənim Yardımlı üçün nə iş gördüyümü bilmək istəyirlər onlara bu barədə bilgi verə bilərəm:

Lap əvvəldən başlayım...

1. Masallı-Yardımlı yolunun şəlalədən yuxarı hissəsi torpaq idi. Həmin 28 km- lik yolun asfaltlanmasını o vaxt Nazirlər Sovetinin sədri, mənə hörmətlə yanaşan Həsən Həsənovdan xahiş etdm və qısa müddətdə bu iş bitdi.

2. Gurbulağın suyunu 7 kilometrlik dəmir boru ilə Hamarkəndə çəkdirdim. Bu, Melorasiya naziri , şeir həvəskarı Nadir Rüstəmovun şəxsən mənə hədiyyəsi idi. Pulsuz-parasız...

3. İrana gedib, o vaxt Ərdəbilin ostandarı olan Əhmədi Necatla görüşüb Yardımlı ilə İran arasında yol və ya ortaq bazarın açılmasına razılıq almışfıç, lakin bizdə iş yubandı, amma inşaallah bu yol açılacaq.

4. Bu niyyətlə Yardımlı- Deman və Yardımlı Zevin yollarının asfaltlanmasını ölkə rəhbərliyindən xahiş etmişəm və o yolları hamınız görmüsünüz.
Yeri gəlmişkən deyim ki, Deman kəndinin geri dönməsi və sərhəd məftillərindən azad olunmasında da zəhmətim olub

5. Prezident İlham Əliyevdən Hamarkənd istiqmətində yolların abadlaşdırılmasını xahiş etmişəm, elə Yardımlıdaykən bu barədə göstəriş verib və nəticədə 8 kəndə asfalt yol çəkilib.

6.Yardımlı şəhərinin bir yolu var. Sel olanda o da keçilməz olur. Çoxdan bəri alternativ yol söbəti gedirdi. Yer sürüşdüyünə görə bu yolu Ünəşdən başlayıb Bozayran altından keçirmək olmazdı. Ona görə hələ mənim 2015- ci ilə qədərki deputatlığım dövründə Vərgədüz Osnağaran yolunun çəkilişi planlaşdırılməşdı , indi başa çatıb.

7. Atxivdən Yardımlı ilə ( o vaxt Vətgədüz) lerik arasında yol çəkilişi haqqında 1929- cu ildə ( 90- il öncə) qəbul edilmiş qərarı çixarıb Milli Məclisdə səsləndirmişdim. İndi hər iki tərəfdən xeyli iş görülüb, arada cəmi 5 km- lik məsafə qalır, o da bitəcək.

8. Sarıbulaqdan başlayaraq Yolocağa qədər su kəməri çəkdirmək də mənim ideyam olub və ötən icra başçısı Sevindik Hətəmovun fədakarlığıyla həmin su kəməri də çəkilib.

9. Rayonların qazlaşdırılması dövlət planıdır. Lakin onun da sürətləndirilməsində müəyyən rolum var.

10. Rayonda məktəb binalarının vəziyyəti ilə baglı dəfələrlə məsələ qaldırmışam, nəticədə rayonun əksər kəndlərində gözəl məktəb binaları tikilib.

11. İki artezian quyusu qazdırmışam.

12. Bir neçə kəndin elektrik xətti dirəklərini dəyişdirtdirmişəm.

13. Yardımlıdan mənə müxtəlif məsələlərə görə müraciət edən bircə nəfəri də, imkan daxilində, diqqətsiz qoymamışam. Onları saymaqla bitirə bilmərəm...

Son seçkidə deputatlığa namizədliyimi verməmişdim, amma yenə camaat mənə müraciət edirdi...

Yardımlının problemi çoxdur. Bunların bir qismi coğrafi mövqeyimiz, dalana dirənməyimiz, torpağın keyfiyyəti, adamlarımızın tənbəlliyi ilə, bir hssəsi də respublikanın ümümi vəziyyəti ilə bağlıdir və tədricən həll olunacaq.

Məclisdə oldum-olmadım mən həmişə millətimin vəkiliyəm və həmişə doğma rayonumuzu da düşünmüş, problemlərini dilə gətirmiş, onların həllinə çalışmışam və bu işi ömrümün axırına kimi borcum sayırsm Mən dünyada olmayanda bu yolu kitablarım davam etdirəcək...

Yardımlıdan yeni savadı, agıllı ziyalı nəslinin yetişməsinə sevinirəm və ömrüm boyu buna çalışmış, belə gənclərin layiqli yerlərə yerləşməsinə kömək etmişəm. Kaş belə gənclərimiz çox olsun. Lakin onları mənə qarşı qoymaq nadanlıqdır. Mən öz keçdiyim yolla, ədəbiyyatımızın inkişafı və Vətənimin azadlığı uğrunda çəkdiyim əziyyətlə həmişə qürur duymuşam. Gənclərimizə də bunu arzulayıram. Hörmətlə, Sabir Rustemxanli"

P.S. Heç kim unutmasın ki, Sabir Rüstəmxanlı tarixin yaddaşına düşən, sağlığında tarixləşən eloğlumuzdur. Bəli, gözümüzün önündə çox insanlar böyüdü, amma heç biri Sabir Rüstəmxanlı boyda ola bilmədi...

"Yardımlının Səsi" qəzeti

Oxunub: 623
Oxşar xəbərlər
SON XƏBƏRLƏR