dini radikalizm və ekstremizmlə mübarizə

"Heydər Əliyev və Azərbaycan tarixi" adlı kitab nəşr olunub

"Heydər Əliyev və Azərbaycan tarixi" adlı kitab nəşr olunub

Paytaxt məktəblilərinin müəllifi olduğu yeni kitab çapı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində təqdimat keçirilib.

APA xəbər verir ki, təqdimatda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, paytaxt rayonlarında keçirilən konfransların qalibi olmuş məktəblilər, onların elmi rəhbərləri, paytaxt RİH-lərinin məsul əməkdaşları, bir sıra orta məktəblərin rəhbərləri və şagirdlərin iştirak ediblər.

Tədbirdə çıxış edən Elmin İmanovun sözlərinə görə, bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilib: "May ayında Heydər Əliyevin doğum günü ərəfəsində burada mühüm konfrans keçirildi. Apreldə isə paytaxtın hər bir rayonunda tədbirlər oldu. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqələləri ilə çıxışlar etdilər. Şagirdlərin təqdim etdiyi mövzuları dinlədik".

E.İmanov qeyd edib ki, tariximizi öyrənmək mühüm əhəmiyyət daşıyır. O, həmçinin kitabın əhəmiyyətindən danışıb: "Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Heydər Əliyev və Azərbaycan tarixi" adlı kitab işıq üzü görüb".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev qeyd edib ki, BŞTİ-nin təşəbbüsü ilə paytaxt məktəbliləri arasında gözəl müsabiqə təşkil olunmuşdu. O, müsabiqənin əhəmiyyətindən söz açıb: "Əsas məqsəd orta məktəb şagirdləri arasında tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır. Müsabiqə elmi- praktik konfransla yekunlaşdı. Hər rayonda 5 qalib müəyyənləşmişdi. Daha sonra o qaliblərin işləri nəticəsində kitab ərsəyə gəldi".

R.Tağıyev vurğulayıb ki, kitab tarixdir, mənbədir.

Daha sonra digər qonaqlar rayonlarda keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları referatlar barədə məlumat veriblər. Qeyd olunub ki, Bakı şəhər məktəblərində keçirilən tarix konfranslarında Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan, 1116 şagirdin hazırladıqları monoqrafiyaları paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib. Tarix konfransları və yekunda kitab çap edilməsinin ənənəvi olması qərara alınıb.

Sonda müəllif və elmi rəhbərlərə kitab təqdim olunub.

Oxunub: 498
Oxşar xəbərlər
SON XƏBƏRLƏR