dini radikalizm və ekstremizmlə mübarizə

“Əyləncəli riyaziyyat” dərnəyinin üzvləri arasında olimpiada keçirilib


19 dekabr 2019-cu il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Intelektual və fərdi inkişaf” şöbəsi “Evrika” liseyi, 64, 164, 249, 254, 260 tam orta məktəblərdə fəaliyyət göstərən “Əyləncəli riyaziyyat” dərnəyinin üzvləri arasında (7-8, 9-10, 11-12 yaş) olimpiada keçirilib.
Olimpiadanın keçirilməsində məqsəd dərnək proqramının uşaqlar tərərfindən mənimsənilməsini nümayiş etdirmək, istedadlı uşaq və gəncləri aşkar etmək, dərnək üzvlərinin intellektual səviyyəsini inkişaf etdirib möhkəmləndirmək, dərnəklərə maraq yaratmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək idi.
Münsiflər heyəti tərəfindən testlər yoxlanıldı və nəticələr elan olundu. Sonda qaliblər diplomlarla mükafatlandırıldı.Tədbirdə Mərkəzin direktoru, müəllim kollektivi, dərnək üzvləri və valideynlər iştirak edib.

Esmira Ələsgərova




Oxunub: 666
Oxşar xəbərlər
SON XƏBƏRLƏR