dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada "Azərbaycanşünaslıq" adlı dərs vəsaiti hazırlanıb

Rusiyada "Azərbaycanşünaslıq" adlı dərs vəsaiti hazırlanıb

Rusiyada ali məktəblər üçün "Azərbaycanşünaslıq" adlı dərs vəsaiti nəşr olunub.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Humanitar Universitetinin prezidenti, universitetin postsovet və regionlararası tədqiqatlar İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, görkəmli tarixçi alim Yefim Pivovar bildirib.

Onun sözlərinə görə, "Azərbaycanşünaslıq" kitabı onun rəhbərliyi ilə çap edilib.

Rusiyalı tarixçi alim ali məktəblər üçün nəzərdə tutulan bu dərs vəsaitində iki xəttin əsas götürüldüyünü söyləyib: "Rusiya Dövlət Humanitar Universitetinin Postsovet və regionlararası tədqiqatlar İnstitutu artıq neçə ildir ki, bu işlə məşğul olur. Biz, 2017-ci ildə Ukraynaya, 2018-ci ildə isə Qazaxıstana həsr olunan kitabları buraxdıq. Bu il isə Azərbaycana həsr olunan kitabı nəşr etdirdik. Bu təsadüfi deyil, çünki mən, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəriyəm. Qeyd etdiyim kimi bu elmi əsərdə iki xətt əsas götürülüb. Xətlərdən biri müasir Azərbaycana aiddir. Bu hissədə Azərbaycanın xarici siyasəti, iqtisadiyyatı, siyasi sistemi, siyasi düzəni haqqında ətraflı məlumatlar yer alıb. Burada xüsusi olaraq Rusiya-Azərbaycan əməkdaşlığına dair bölməyə yer ayırmışıq. Bu hissədə həm də Azərbaycanın neft sənayesinin inkişafına həsr olunan bölmə var. Azərbaycan neftinin İkinci Dünya müharibəsində oynadığı rol burada xüsusi qeyd olunub. Eyni zamanda kitabda Azərbaycanın müasir neft sənayesinin inkişafı haqqında da tarixi məlumatlara rast gəlmək olar".

Y. Pivovar "Azərbaycanşünaslıq" kitabında bir bölmənin də Azərbaycan-İran münasibətlərinə həsr olunduğunu bildirib: "Bu hissədə yeni yaranan "Moskva-Bakı-Tehran" üçlüyünün strateji əhəmiyyətindən danışılır. Hesab edirəm ki, bu vəsait ali məktəb tələbələri, elmi-tədqiqatla məşğul olan kadrlar tərəfindən istifadə olunacaq. Ümumiyyətlə Azərbaycan haqqında ətraflı məlumat almağı arzulayan hər bir kəs bu kitabdan bəhrələnə bilər".

Oxunub: 398
Oxşar xəbərlər
SON XƏBƏRLƏR