dini radikalizm və ekstremizmlə mübarizə

Unudulmaz xatirələr


İnstitutu bitirdikdən sonra Perm vilayətinin Kunqur səhərində altı aylıq komandirlər məktəbini bitirdikdən sonra bizə baş gizir rutbəsi verdilər.
Hər istirahət günləri 25 kilometr məsafəni lijla qaçaraq yarışlara qatıldım. Məsqlərdə fəal iştirak etdim.Zəif əsgərlərin müdafiəsinə qalxdım.
Başım çox bəlalar çəkdi. Sonra leninakanda ,Gurcustanın Qarayazı deyilən Azərbaycanlılar yaşayan ərazilərində zenit raket polkunda tank komandiri olaraq keçmiş sovetlər birliyində xidmət etdikdən sonra bizi zabit rütbəsi almaq ücün Bakıya və oradan da Kürdəmirdəki zenit raket polkuna göndərdilər. Sərhəddimizi müdafiə etmək məqsədi ilə məxvi hərbi dərsi keçirdilər.
Şəkil çəkməyə icazə vermirdilər. İki ay da burada xidmət etdim.leytenant rütbəsi ilə ordudan tərxis olunduqdan sonra (1 il 8 ay) gənc mutəxəssis olaraq Bakı Kamvol kombinatında növbə ustası, sex rəisi , texniki nəzarət şöbəsinin rəisi, keyfiyyət üzrə direktor müavini vəzifələrində çalışdım., 10 dan çox səmərəli təkliflərin, patentlərin müəllifi oldum.
Qarabağda gəlmə erməni quldurları torpaq iddiası ilə bizə qənim kəsildilər. Arzularım puç oldu . Yurdumuz işğal olundu. Yaşadıgımiz Ağdam şəhərini erməni və rus ordusu dağıdıb tari - mar etdi. Evimiz dolu qaldı. Üç qardaş atamla birlikdə mübarizəyə qatıldıq. Böyük qardaşım Vaqif və kicik qardaşım Namiq ən qaynar noqtələrdə duşmənlə üz - üzə gəldilər.
Mardakertin alınmasında Namiq polis dəstəsində istirak etdi. Kəlbəcərdə 1988-89 çu illərdə dörd nəfər polislə, cəmi iki avtomatla çobanları, sərhəddi , əli yalın əhalini qorudu.
Baqif isə 845 saylı hərbi hissədə Naxçıvanik yüksəkliyininnazad olunmasında istirak etdi.Batalyon komandiri Milli Qəhrəman Allahverdi Bağırovun əmri ilə işğaldan azad olunmuş kəndlərin hərbi komendantı oldu. Qarabağ müharibəsi əlili oldu.
Yeri gəlmişkən onu da bildirim ki,başından qəllə yarası alanlara ,yəni kəlkə beyinntravması almış əlillərə Əmək və Əhalinin Sosial Təminatı nazirliyində pulsuz avtomobil vermədikləri halda ayağı olmayan və ya gözdən əlil olanları avtomobil növbəsinə qəbul edirlər. Bu da Milli Məclisimizin , əlaqəli nazirliklərin yarıtmaz fəaliyyətinin bariz nümünəsidir. as müharibədə iştirak edənlər başından yaralanmayalar.
Atəşkəsdən sonra böyrəklərini səngərdə soyuğa vermiş, hansıki , dəfələrlə sanbo ; çüdo üzrə Azərbaycan və Zaqafqaziya çempionu olmuş qardaşım Namiqin böyrəkləri işləmədi. Həkimlər ürəyini müalicə etdilər, böyrəyi yaddan çıxdı. Vəfat etdi.Bir körpə qizı başsız qaldı. Nə qədər şəhidlər verdik.ilahi...
İstehsalatda çalışarkən bir naxçıvanlı dostum şəklimə baxıb bu portreti çəkdi. Və mənə yadigar olaraq saxlamağı xahiş etdi. Bu şəkilə indi baxarkən qayğılı , atalı, analı , qarabağlı, Agdamli, Şuşalı, Kəlbəcərli, Laçınlı, Qubadlılı, Zəngilanlı, Çəbrayıllı,Fuzulilı, Zəngəzurlu günlərim,unudulmaz xatirələrim göz önümdən keçir, gah kövrəlirəm, gah da sevinirəm. İllər necə tez ötür?
Gizli- gizli yazdıqlarımı üzə çıxartdım. 16 kitabım çap olundu. Yeni Nəşrlər katoloq jurnalında məsul katib vəzifəsində işlədim. Şair və yazıcıların kitabları haqda jurnala materiallar hazırladıq. Eyni zamanda Respublika qəzetində on il məsul katibin muavini, xüsusi müxbir, ədəbi işçi və sair vəzifələrdə çalışdım.
Həkəri qəzeti ilə əməkdaşlıq etdim. Məqalələrim, seirlərim müxtəlif qəzet və jurnallarda dərc olundu. Baş redaktorum Haci Əli Xankişiyev dünyasını dəyişdikdən sonra xususi buraxılış hazırladım. Redaksiya heyətinin və mərhum rredaktorumun ailəsinin xahişi ilə bir vaxtlar Həkəri çayında çimdiyimiz, qızıl balıgından yediyimiz ,indi isə yurdumuzla yanaşı çayımızın da işğal olundugu anlari və Həkəri adını yasatmaqla Həkəri qəzetini ikinci qrup əlil olaraq pensiyamın hesabına və bir çox dostlarımın köməkliyi ilə hər ay çap etdirərək pulsuz olaraq yayımlayır , şəhidlərimizdən, dərd qəmli insanların problemlərindən yazmaqla ürəyimdəkiləri vərəqlərə köçürdürəm.
2003 - cü ildən bu günə qədər bu qəzet çətinliklə də olsa , dövlətdən heç bir yardım almadan müntəzəm olaraq çap olunur və müəlliflərə geniş oxucu rəğbəti qazandırıb.
Qəzet geniş formatda rəngli çap olunur.Bir çox xarici ölkələrdə şeirlərim dərc olunub .Burda yadıma bir şeirim düsür. Yutub kanalında Rauf İlyasoğlu yazsanız , göz yaşlarımla qələmə aldığım şeirlərimi dinləyə bilərsiniz.

Ömur ötur, saç ağarır , gün keçir,
Xoş arzular qəlbimizi yurd seçir,
El həsrətli ürəyimiz qəm içir,
Elim, obam Zəngəzura yol sala ,
Bayrağımız Ağrı dağda ucala

Fuzulimiz dərd əlindən alına,
Cəbrayılda nur ocağı qalana.
Qarabağda bir vağzalı çalına,
Elim, obam Agdamıma yol sala ,
Bayrağımiz Kirs dağında ucala .

Vətən qəmin car edəndə cahana,
Xain düşmən kaş alışa, kaş yana,
Rauf , dönə fərəh yaşın ümmana,
Elim ,obam Şusamıza yol sala,
Bayrağımiz Kirs dağında ucala .

Qısa yazıb sizi yormaq, kədərləndirmək istəmədim.
Allah hər birimizi arzumuza çatdırsın.
Amin


Rauf İlyasoğlu

Oxunub: 531
Oxşar xəbərlər
SON XƏBƏRLƏR