» » TÜRKİYƏ ENERJİ VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ, EYNİ ZAMANDA AK PARTİ KAYSERİ MİLLƏT VƏKİLİ TANER YILDIZ.

TÜRKİYƏ ENERJİ VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ, EYNİ ZAMANDA AK PARTİ KAYSERİ MİLLƏT VƏKİLİ TANER YILDIZ.


Öncəliklə xoş gəldiniz...
Azərbaycan dediyimizdə ağlımıza ilk öncə qardaşlıq, daha sonra isə , hər iki ölkə başcılarının , cənab Əliyevin və cənab Ərdoğanın deyimi ilə , “ İki dövlət bir millət”in yalnız lahiyələrdə siyasətdə deyil , sosial və gərcək həyatda bir-birini bilməsi , bir-birini qardaşı olaraq görməsi və eyni duyğuları hiss etməsi gəlir
Bu bölgələri təhdid edənlərə qarşı bərabər düşünə bilən , bölgənin fürsətlərinə qarşı yenə də bərabər ciyin-ciyinə bir quruluş içində olduğunu görürük. Bu mənada dəyərli liderlərimiz cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın iki ölkənin inkişafına açdıqları yol son dərəcə önəmlidir. Liderlərin bu iradəsi olduqca bizlər hər olduğumuz mühitdə , olduğumuz vəzifələrdə , hansı vəzifələrdə oluruqsa olaq , o sahə ilə bağlı inkişafı yenə verilən tapşırıqlar əsasında gərçəkləşdirə bilirik. Həmd olsun bu zamana qədər mənim gördüyüm Azərbaycan xüsusi ilə , son 20 ildəki inkişafı yalnız görüntü olaraq deyil, məzmun olaraq da əhəmiyyətli olmuşdur. Bu baxımdan biz dərhal çiyin-çiyinə yanımızda hiss etdiyimiz eyni hissləri paylaşdığımız bir-birinin qardaşı olan iki olkə ağlımıza gəlir Azərbaycan və Türkiyə deyəndə.
Taner bey , Türkiyə Azərbaycan münasibətləri mövzusunda təklifləriniz var mı , varsa hansılardır?!
Təbii iki ölkənin bərabər , bir çox layihəni gərçəklərdirmək imkanı var. Türkiyənin olduğu coğrafi etibarı ilə kritik yerdə olması, azərbaycanın da o gözəl ölkənin də , qaynaq ölkə tədarükçü ölkə olması bu lahiyələri zəruri son dərəcə lazımlı etdi. Təbii qaz və petrol qaynaqlarının illərdir azərbaycana qatdığı zənginliyi , hamısını birlikdə görürük. B.T.C – dediyimiz “ Baki-Tiflis Ceyhan” petrol boru xətti , hardasa 3 milyard barelə yaxın çox böyük bir tutumu dünya bazarına təqdim etdi qurulduğu gündən bugünədək.İndi bizim ən son açılışını gərçəkləşdirdiyimiz TANAP lahiyəsi ilə də , təbii qaz qaynaqlarını həm türkiyə , həmdə türkiyə üzərindən avropaya ötürmək imkanımız var artıq. Türkiyənin ən əhəmiyyətli nisbətdə təbii qaz tədarükçüsü olaraq qardaş ölkə azərbaycanı görürük. TANAPın inkişafı üçün dediyim kimi hər iki liderin siyasi iradəsi ilə gəldiyimiz nöqtə, artıq xüsusi ilə cənubi avropa başda olmaqla , Yunanıstan, Arnowood, İtalya , İsveçrə kimi ölkələrin artıq Azərbaycanın təbii qaz əhtiyyatlarından xəbərləri olacaqlar. Bu son dərəcə böyük bir zənginlikdir.Mən hər iki ölkəyə uğurlar arzu edirəm.
Bilirsiniz əzəldən azərbaycan torpağları olan Qarabağda xüsusi ilə, XOCALIDA ermənilərin törətdikləri vəhşiliklər, Azərbaycanın, eyni zamanda damarlarında türk qanı axan hər kəsin qəlbində sağalmaz yaralar izlər qoyub. Bu barədə qardaş ölkə tükiyənin mövqeyini , eləcədə sizin fikirlərinizi eşitmək istərdik.
Təbii ki , burda zülm edərək heç vaxt ölkələr də insanlar da abad olmaz Qarabağda yaşanan tarixi o qətliamın acısını ( ağrısını ) bütün qəlbimizlə hiss edərək bir dəfə daha burda təkrar edirik. Öz torpağlarında olacaqları günlərin , hüquq dövləti olan bir quruluş daxilində gərçəkləşəcəyinə inanıram və azərbaycanın Qarabağ mövzusundakı mücadiləsində əvvəldən axıra kimi yanında olduğumuzu bir daha burdan demək istəyirəm.

Fəridə Nizamiqızı/Ankara


Oxşar xəbərlər
«    Ocak 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031