» » Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək

Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək

Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək

Bu gün ölkə üzrə 650 min ağac əkiləcək.

APA-nın xəbərinə görə, artıq ağac əkiləcək bütün ərazilərdə torpaq hazırlıq işləri başa çatıb, çalalar qazılıb, əkiləcək ağac tingləri ərazilərə gətirilib.

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkədə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçiriləcək ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edəcək.

İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edəcək.
Oxşar xəbərlər
«    Ocak 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031