dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid anası Sona Vəliyeva dünyasını dəyişdi


Sona Vəliyeva ilə qonşu idik. Nərimanov rayonunda həyət evində qalırdıq. Onların mənzilləri plana düşərək sökülmüşdü. Bir müddət kirayədə qaldıqdan sonra təzə hündürmərtəbəli binaya köçmüşdü. Hər gün 20 mərtəbəli binanın 14 mərtəbəli mənzilinə qalxıb enmək yaşlı bir ana üçün çox çətinlik törədirdi.Çox vaxt da evdən çölə çıxmırdı. Lift işləməyəndə çox əziyyətlər çəkirdi.
Şəhid Arif Vəliyevin anası Sona xanım Vəliyeva noyabr ayının 8-də zəng edərək bildirdi ki, yolda gələrkən yıxılmışam, Avrasiya hospitalında müalicə olunuram. Həkimlər mənə çox yaxşı qulluq edirlər. Travmatoloq Araz həkimdən gəl yaz. Mənə doğma anası kimi baxır.
Hospitala gedərək Sona xanımla palatada görüşdüm. Ürək- dirək verib tezliklə sağalacağını bildirdim. Şəhid anası məni görərkən çox sevindi və ağlayaraq bildirdi,bala, çox ağrıyıram. Ölürəm. Daha yaşamaq istəmirəm. Hər dəfə şəhid oğlu Arifdən söhbət düşəndə gözlərinin yaşını sel kimi axıdan ana məni də çox kövrəldirdi . Dörd gündən sonra Həkəri qəzetinin birinci səhifəsində Avrasiya xəstəxanasının bacarıxqlı həkimlərindən bir məqalə yazdım.Şəhid anasının şəklini şəhid oğluyla yanaşı çap etdirdim. Qəzetdən hospitalda həkim və tibb işçılərinə, xəstələrə də paylamağı unutmadım. Sona xanıma zəng etdim. Şəhid anası çox sevindi və dedi: Arif , bala ( Sona xanım məni öz oğlunun adiyla çağırırdı) mən şənbə günü xəstəxanadan çıxıram. Sənə zəng edəndə evə gələrsən.
Dəfələrlə Sona xanımın mənzilində olmuşdum.
Respublika və Həkəri qəzetlərində şəhid haqqında çoxlu məqalələr yazmışdım.
İstəyirdim ki , yazdıqlarımı kitab formasında çıxardam .
Onu da qeyd edim ki Sona xanımın ali təhsilli oğlu Arif Vəliyev hərbi xidmətini Çernobılda keçirib. Şüalanmadan zərər çəkib. Müalicə olunub. 20 Yanvar faciəsindən çox sarsılıb. 1993-cü ildə Murov dağında düşmənlərə qarşı vuruşub. İgidliklər göstərib. Növbəti döyüşlərin birində düşmən gülləsi onu yaralayıb və şəhid olub . 258 saylı tam orta məktəb şəhid Arif Əkbər oğlu Vəliyevin adını daşıyır.
Qəhrəmanın anım və doğum təqvimlərini məktəb kollektivi hər il qeyd edirkən Sona Vəliyevanın vətənpərvər çıxışı alqışlarla qarşılanardı. Məktəb kollektivi də ağbirçək şəhid anasının könlünü almağa çalışardı .Şəhid anası Nərimanov rayonundan seçilmiş millət vəkili Adil Əliyevdən çox razılıq edirdi.
Şəhid anasının hospitalda müalicə olunmağından çoxlarının xəbəri yox idi .
Bir həftə keçdi. Sona xanım zəng etmədi. Zəng edib hal-əhval tutmaq istədim. Axı mənim əl telefonumun nömrəsini tanıyırdı. Cavab verən olmadı. Çox nigaran qaldım və Sona xanım yaşayan binaya yaxınlaşıb şəhid anasını soruşdum. Binanın mühafizəçisi bildirdi ki, Sona Vəliyeva noyabrın 28-də vəfat edib. Bu xəbərdən çox sarsıldım.
Axı bir ay əvvəl Sona xanımın adından Prezidentə məktub ünvanlamışdım.
Ölkə rəhbəri ilə görüşmək istəyirdi. Ölkə başçısına ünvanlanmış məktubu Prezident administrasiyasından Nərimanov rayon icra hakimiyyətinə göndərmişdilər. Ötür - ötür oyunundan şəhid ailəsi çox əşəbləşmişdi. Şəhid anasını nə Prezident administrasiyasında ,nə də Nərimanov rayon icra hakimiyyətində qəbul edən tapılmadı. Sadəcə ona zəng gəlmişdi ki, məktubunuz ünvana çatıb. Bu cavabdan da çox sevinib ümidlə yaşayırdı.
Vətəndaşların, xüsusən də şəhid anasının məktubuna çavab verib onun qayğısını çəkmək lazım idi. Bəlkə də Prezidentə və ya birinci vitse Prezidentə məlumat verilsəydi ki ,şəhid anası sizinlə görüşmək istəyir, ölkə başçıları mütləq Sona xanıma baş çəkərdilər. Nə yaxşı ki , Prezident administrasiyasında dəyişiklik oldu. Hər bir vətəndaşa diqqət ayırmaq məmurların vəzifə borcu idi.
Arzusu ürəyində qalan, bala dağı görmüş bir şəhid anasını da son mənzilə yola saldıq. Düzdür , dövlətimiz şəhid ailələrinə diqqət və qayğı göstərir. Siz də bu qayğıdan yararlanmışdınız. Sizə hamı hörmətlə yanaşırdı. Amansız ölüm səni çox uzaqlara apardı. Bəlkə də rahat oldun. Şəhid balana qovuşdun. Ruhun da dincəldi. Rahat uyu .
Bağışla ki, sizin vəfatınızı eşitmədim. Bəlkə də bir həftədən sonra zəng edəcəyəm deməklə mənə əziyyət verməmisən. Çox nahaq. Axı sən mənə doğma Arif deyə müraciət edirdin. Elə bilmə ki,Arifin səni fikirləşmir, o da çox əziyyətlər çəkir. Torpağı işğalda olan bir kəsin rahat gəzməyə də haqqı çatmır.
İşğal olunmuş torpaqlarımıza sahib çıxsaydıq ,nəinki qaçqın və köçkünlərimiz sevinərdi, şəhidlərimizin də , onların valideynlərinin də ruhunu şad edərdik.

Rauf İlyasoğlu


Oxunub: 631
Oxşar xəbərlər
SON XƏBƏRLƏR