dini radikalizm və ekstremizmlə mübarizə

Milli Məclis bu gün toplanır – Parlament BURAXILIR

Milli Məclis bu gün toplanır – Parlament BURAXILIR

Bu gün – dekabrın 2-də Milli Məclisin xüsusi iclası keçiriləcək. Turkustan.info xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ daxildir: Parlamentin buraxılması üçün Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların müraciətinə baxılması…

Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlar adından Milli Məclisin buraxılması ilə bağlı müraciət qəbul olunub.

68 nəfər YAP-çı deputatın təşəbbüsünə daha sonra müstəqil deputatlar da dəstək verib.

Ehtimal olunur ki, bugünkü iclasın sonunda Milli Məclis parlamentin buraxılması təşəbbüsünü dəstəkləyəcək və 2 ay ərzində növbəti seçkilərin keçirilməsi üçün ölkə başçısı tərəfindən qərar veriləcək. /Modern.az/

Oxunub: 494
Oxşar xəbərlər
SON XƏBƏRLƏR