dini radikalizm və ekstremizmlə mübarizə

Ümumdünya Mətbuat Şuraları Assosiyasının üzvləri Naxçıvan Dövlət Universitetində, universitetin jurnalistika fakultəsində tələbə-gənclərlə görüşdə.


Assosiasiyanın rəhbəri xanım Sule Alətlə birlikdə gələcəyimizin jurnalistlərinə söz və ifadə azadlığı sahəsindəki tendensiyalar, dünya mediasında cərəyan edən proseslər, söz azadlığı sahəsindəki manipulyasiyalar barədə geniş məlumat verdik. Tələbələrin suallarını cavablandırdıq. Ümumən jurnalistika dəyərləri ilə bağlı müzakirələrimiz olduqca məhsuldar keçdi. Bir daha əmin oldum ki, Naxçıvan Dövlət Universitetinin jurnalistika fakultəsi bu peşənin gələcəyi üçün mühüm intellektual bazamızdır. Tələbələrin hazırlıq səviyyəsi bunu deməyə əsas verir.

Azərbaycan Mətbuat Şurasının jurnalistika fakultəsinin tələbələrinə bədii ədəbiyyat nümunələri və jurnalistika sahəsindəki vəsaitlər hədiyyə edildi.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası üzvlərinin Naxçıvana səfəri davam edir.

Oxunub: 498
Oxşar xəbərlər
SON XƏBƏRLƏR