» » Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi özündə yeddi ölkəni birləşdirir və bu, artıq beynəlxalq işbirliyi layihəsidir”

Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi özündə yeddi ölkəni birləşdirir və bu, artıq beynəlxalq işbirliyi layihəsidir”


“TANAP Cənub Qaz dəhlizinin bir parçasıdır. Cənub Qaz dəhlizi çox böyük infrastruktur layihəsidir. Dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - “Şahdəniz”, Cənubi Qafqaz boru xətti və bu gün TANAP tam istifadəyə verilir. Dördüncü layihə - TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Cənub Qaz Dəhlizi - Avrasiyada ən böyük infrastruktur layihələrindən biri - vaxtlı vaxtında istismara veriləcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxışında deyib.

Prezident İlham Əliyev qeyd edib ki, bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur: “Eyni zamanda digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə biz bunu həyata keçirdik. Bu gün Cənub Qaz Dəhlizi özündə yeddi ölkəni birləşdirir və bu, artıq beynəlxalq işbirliyi layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq, bu layihə daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə - onlardan 3-ü Avropa İttifaqının üzvüdür - uzun illər birlikdə bundan sonra çalışacaq və bunun faydasını bölüşəcək. Yəni bu layihə işbirliyi gətirir, sabitlik gətirir, uzun müddətli anlaşma gətirir. Bu layihələrə, sadəcə, enerji layihələri kimi baxmaq düzgün olmaz”.
Oxşar xəbərlər
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031