dini radikalizm və ekstremizmlə mübarizə

YAP Ulu Öndər Heydər Əliyevin bizə ən böyük mirasıdır


Ulu Öndər Heydər Əliyevin bizə ən böyük mirası olan Yeni Azərbaycan Partiyası (YAP) 27 illik tarixində böyük yol qət edib.

YAP Ulu Öndər Heydər Əliyevin banisi olduğu partiya Azərbaycanın ən keşməkeşli dövründə yaranıb: Partiyamızın 600 mindən çox üzvü var. Azərbaycanda olan siyasi partiyalarının hər birinin üzvlərinin birlikdə üzvülərinin sayı 600 minə çatmadığına görə deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin əksər hissəsi YAP-ın yeritdiyi siyasi xətti dəstəkləyir.Layiqincə bu misiyani davam etdirən Cənab Prezidentimiz İlham Əliyev: “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır... Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəlibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq.” Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. YAP-çı olmaq qürurludur, şərəflidir. Çünki, amalımız xalqa, dövlətçiliyə xidmətdir. Bu yolda hər kəsə uğurlar arzu edirik.

Bayramınız mübarək!

Adil Əliyev
Millət vəkili

Oxunub: 1 117
Oxşar xəbərlər
SON XƏBƏRLƏR