dini radikalizm və ekstremizmlə mübarizə

INDONEZIYANIN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHIYYƏTLI NÜMAYƏNDƏSINİN TƏŞKİLATÇILIĞI İLƏ TƏDBİR KEÇİRİLDİ


Bu həyatda hər kəs ona Allah tətəfindən yazılan missiyanı yerinə yetirər.
Kimi şərəfli yol keçər yaddaşlara yazılar, tarixə imza atar. Kimisi ölümüylə adını soyadını silər və unudular. Bu həyatda unudulmayacaq insanlardan birini tanıdım. Mərhəmətli, kövrək sanki sarıldığı hər bir uşaq onun öz balasıimiş kimi davranan qəlbi saf bir insan.
Sizlərə 18.11.2019- cu il tarixdə "Uşaqlar bir dünyadır " adlı xeyriyyə tədbirinin keçirilməsindən söz açmaq istəyirəm.
Tədbiri İndoneziyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri
Prof. Dr. H.Hüsnan Bəy Fənaninin və xeyriyyəçi, peşəkat təşkilatçı Ramilə Sultanın təşkilatçiliği ilə Saray qədəbəsində yerləşən 2 saylı uşaq evində keçirildi. Tədbirdə bir çox media nümayəndələri, ictimai xadimlər iştirak etdilər.
Məqsəd sağlamlığı məhdud olan uşaqların çıxışlarını izləmək, onlara dəstəy olmaq və onlara sevinc bəxş etmək idi.
Həqiqətən də Hüsnan bey qarşısına qoyduğu bu məqsədə nail oldu. O, hər zaman tədbirlərin yüksək şəkildə hazırlanaraq ictimaiətə təqdim olunmasında əməyi olan Ramilə Sultana güvənməkdə yenə də yanılmamışdı.
Uşaqlar üçün çox gözəl təamların bişirilməsi, müxtəlif nemətlərlə bəzədilmiş süfrələr, müxtəlif hədiyyələr onun uşaqlara qarşı olan məhəbbətini bir daha sübut etdi. Ən çox diqqətimi çəkən isə onun mərhəmət dolu baxışları idi. H. Hüsnan bəy əngəlli uşaqların hər birinə yaxınlaşıb görüşdü, onları rəqsə dəvət edərək qol qaldıraraq Azərbaycanın milli rəqslərini ifa edi. Tədbir iştirakçılarının diqqətini cəlb edən önəmli bir məqam Səfirin fortopianoda azəraycan mahnısını ifa etməsi idi. Hər kəs onun başına toplanaraq onunla birdə mahnını ifa etdilər.
Tədbirin sonunda səfir Hüsnan bəyin iştirakı ilə bir çox media nümayəndəsi və ictima xadimlər
SERTIFIKATLA mukafatlandirıldılar.
P.S. Mən bir media nümayəndəsi olaraq H. Hüsnan bəyin bu əməyinə çox yüksək dəyər verirəm. Onun atdığı hər bir addım bir daha onu sübut edir ki, o vəzifəsini icra etmək naminə çalışmır. O, həqiqətən Azərbaycanı xalqını çox sevir.

Almaz İlahə Əhmədova



Oxunub: 2 155
Oxşar xəbərlər
SON XƏBƏRLƏR