dini radikalizm və ekstremizmlə mübarizə

17 Noyabr 1988-ci il XX əsrin sonlarında Azərbaycan Türklərinin növbəti şahlanışıdır.


70 ildən çox Sovet boyunduruğunda inim-inim inildəyən bu möhtəşəm millət doğma Qarabağın tarixi Topxana meşələrində kəsilən ağaclarına sahib çıxmağı bacardı.

Bu hiss və həyacanla ayağa qalxan millət 17 gün içərisində bütün dünyaya göstərdi ki, köləlik və əsarət Onun boyuna biçilməyib.
Azərbaycan Türkləri və Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri bir daha və bir daha sübut etdilər ki, hər bir əsir millət öz hüquqları uğrunda mübarizəyə qalxarsa alternativi yoxdur, sonu mütləq QƏLƏBƏDIR !!!

Əziz və dəyərli dostlar , Sizləri bu qürur verici gün münasibətilə Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının bütün heyət üvləri adından təbrik edirəm.O ğün QARABAĞIMIZIN işğaldan azad olması günü münasibətilə xalqımızı təbrik edək.

Günün mübarək Azərbaycan !!!


Hörmətlə :



Sərraf Kərimov
BDAT - nin prezidenti

Oxunub: 835
Oxşar xəbərlər
SON XƏBƏRLƏR