» » “Mübariz” İK Rusiyada qeydiyyatdan keçib

“Mübariz” İK Rusiyada qeydiyyatdan keçib


Noyabrın 8-də “Mübariz” Döyüşçü İdman Klubu Rusiya Federasiyasında rəsmən fəaliyyətə başlayıb. RAİ-nin bu haqda açıqlamasında bildirilir ki, klub bir neçə ay öncə Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə yaradılıb: ”Xalqımızın qəlbində xüsusi yeri olan şəhid Mübariz İbrahimovun şərəfinə adlandırılan “Mübariz” Döyüşçü İdman Klubu təsis edildikdən qısa zaman sonra bütün texniki avadanlıqla təsis edilib.

8 noyabr 2019 cu ildən isə “Mübariz” MMC döyüşçü idman klubu hüquqi şəxs qismində Rusiya Federasiyasının Vahid Dövlət Reestrinə daxil edilib.

Avropada, MDB hüdudlarında, o sıradan Rusiya Federasiyası ərazisində idman klubunun filiallarını açmaq istəyən fiziki və hüquqi şəxslər RAi-yə müraciət edə bilərlər. RAİ rəhbərliyi gələcəkdə açılacaq filialların 3 aylıq icarə haqqını ödəməyə, qarşılıqlı razılıq əsasında idman klubunu lazımi inventarla təmin etməyə hazır olduğunu bildirir”. /Musavat.com/
Oxşar xəbərlər
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031