» » TƏHSİL EKSPERTİNİN DEDİKLƏRİ: KİTABXANA DÖNƏRXANA İLƏ ƏVƏZ OLUNDU

TƏHSİL EKSPERTİNİN DEDİKLƏRİ: KİTABXANA DÖNƏRXANA İLƏ ƏVƏZ OLUNDU

  • 11-11-2019, 11:44
  • Gundem
  • 123

Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru olanda bu universitet haqqında 10-larla tənqidi yazılar yazmışam. Lakin bu yazılar süngü ilə qarşılanmayıb. Tədbirlərdə əl uzadıb, görüşmüşük. Abel Məhərrəmov mənim tələbə yoldaşımla əvəzlənikdən sonra ona uğurlar arzulamışıq, ümid etmişik ki, Elmin İnkişafı Fondunda çalışdığı zaman etdiyi səhvləri təkrarlamasın. Yeri gəlməşkin mən vaxtilə "Elmin İnkişafı Fondu elmimizə nə verdi" başlıqlı məqalə ilə E. Babayevin fəaliyyətini kəskin tənqid etmişəm. Elçin universitetə rektor təyin olunanda Universitetin nəzdində "İctimai Şuran"nın üzvü kimi ona müəyyən tövsiyyələrimizi də vermişik. Son dəfə Universitetdə olduğum zaman həyətdə, iki dönərxananın açılması ilə bağlı tənqidi status yazdım. Dönərxananın biri "Burda Məmməd Əmin Rəsulzadənin büstü qoyulacaq" sözləri yazılmış daşın düz yanında quraşdırılıb. Birdən ortaya 100-dən çox troll çıxardı bu adam. Mən hələ hörmətli Elçin müəllimin yeznə və bacanağa yüksək vəzifələr verməsi, traybalizmi çiçəkləndirməsi, heç bir əsası olmadan 5 müşavir təyin etməsi, Universitetə aidiyyatı olmayan adamların vəzifələrə gətirməsi və Universitetdəki intizamsızlıq barədə yazmamışam. Son statusumda Universitetin 100 illiyi ilə bağlı keçmiş təhsil nazirinin məqaləsini tənqid etdim. Və Universitetdən mənə verilən məlumatlar əsasında tez-tez gülüş doğuran onun hərəkətləri, davranışı barədə 2 cümlə qeyd etdim. Yenə də trollar işə düşdü. Tələbələrdən şəxsi mənafeyi naminə sui-istifadə etmək rektorun ən naqis hərəkəti sayılmalıdır. Tələbələri, müəllimləri gecədən işindən-gücündən ayırıb özünə tərif düzəltməyə məcbur edən yeni təfəkkürlü rektor obrazı yaranıb. Universitetdə "Trollşünaslıq" fakültəsi açılmalıdır.
Digər tərəfdən rektorun trollarının nəzərinə çatdırıram ki, mən axırıncı dəfə E.Babayevin yanında olanda Kitabxananaın müasir tələblərə cavab verən şəkildə qurulması üçün təkliflərlə və bir nəfərin tyutor kimi hazırlanmasının qaydalarını öyrənmək məqsədilə gəlmişdim. Kitabxana ilə bağlı onun dedikləri məndə xəyal qırıqlığı yaratdı. Onun kitaba münasibətini əvvəllər də bilirdim, lakin universitetə rektor təyin olunduqdan sonra münasibətin dəyişmədiyini gördüm. Mənə acıq gələn isə Abel Məhərrovun vaxtında girişdə fəaliyyət göstər kitab mağazsının dönərxana ilə əvəz olunması oldu. Hamı bir ağızdan Universitetin 100 illiyi bağlı xoş sözlər deyir. Ancaq biz maarifçi babalarımızın bizə miras qoyduğu bu elm və təhsil ocağını qoruya bildikmi? Məni təhsil eksperti kimi Elçin Babayevin rektor olmasından 1000 qat daha çox bu məsələ düşündürür.

Etibar Əliyev
Oxşar xəbərlər
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031