» » 9 NOYABR-AZƏRBAYCANDA DÖVLƏT BAYRAĞI GÜNÜDÜR

9 NOYABR-AZƏRBAYCANDA DÖVLƏT BAYRAĞI GÜNÜDÜR


Azərbaycan bayrağının yaranmasının, mövcudluğunun öz şanlı tarixi vardır. Bu bayraq Himnimidə də deyildiyi kimi minlərlə uğurunda can verən, qanından keçən əsgərlərimizim, şəhidlərimizin canı-qanı bahasına öz mövcudluğunu qoruyub saxlayıb.
Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir. Bayraq elə bir qürur və cəsarət mənbəyidir ki, əliyalın 20 Yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içirlər. Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. Bayrağımız öz görkəmi, forması, rəngləri, rəmzləri ilə də bütün milli dəyərlərimizi, dövlətçiliyimizi özündə təcəssüm etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur, idman yarışlarında qaldırılır. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, xalqımıza sülh, əmin- amanlıq, xoşbəxtlik arzulayıram. Uca bayrağımızın Qarabağ topağında, Xankəndində, Şuşada, Ağdamda, Laçında və bütün işğalda olan torpaqlarımızda dalğalanması arzusu ilə Bayramınız mübarək olsun deyirəm !!!

Fesih Alioğlu

Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930