» » ŞƏHİD OĞLU MİLLƏT VƏKİLİNİN ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏTİNDƏN SÖZ AÇDI

ŞƏHİD OĞLU MİLLƏT VƏKİLİNİN ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏTİNDƏN SÖZ AÇDI


Biz şəhid ailələri çox həssas və kövrək oluruq. Mən bunu uzun illər körpə yaşlarında atasız böyüyərkən öz çəkdiklərimdən misal çəkərək söyləyirəm. Şəhid övladı olaraq acı çəkmək başqa, şəhid valideyni olmaq isə ham başqa acıdır.
ŞƏHİDİMİZ Tural Yaşar oğlu Əhlimanlı şəhidlik zirvəsinə qovuşduqdan sonra Anası Nəzakət xanım, atası Yaşar müəllim Tural məzara qoyulan gündən onunla birlikdə məzarın ətrafında uyuyub qalxdılar. Beləcə hər ikisi xəstəliyə tutuldular. Bu günlərdə Adil Əliyev yeganə övladını Vətənə qurban verən valideyinləri himayəsinə götürdü. Və onlar UNİ Klinikanın stasionar şöbəsində müalicə almağa başladılar. Şəhidimizin valideyinlərini ailəsini öz himayəsinə götürən Dəyərli Millət vəkili Adil müəllimə şəhid övladı olaraq təşəkkür edirəm.
Hər zaman Adil müəllimə sığınan vətəndaşlar onunla fəxr ediklərini söyləyirlər.
Bu gün Dəyərli bacımız Djb.az xəbərlər portalının rəhbəri Almaz xanım ,Vətənpərvər balamız Bahar Abbasova şəhidimiz Tural Əhlimanlının atası Yaşar qardaşı, anası Nəzakət xanımı xəstəxanada ziyarət etmişdirlər.
Şəhidimizin əmanətlərinin müalicə xərclərini Millət vəkilimiz Adil müəllim öz üzərinə götürmüşdür. Diqqət və qayğıyla əhatə olunan valideyinlərimiz əmin əldədirlər.
P.S Əslində belə 1000 lərlə əməli olan Adil müəllimin reklam etmək niyyətində deyilik çünkü onun buna qəti ehtuyacı yoxdur. Sadəcə Adil müəllimin uğurlarını görərək qəbul edə bilməyənlər qara piyar yayan şərəfsizlər baxsın və görsün ki, kim kimdir. Və Uzun illərdir ki, bu belədir O, hər zaman xalqın yanındadır Adil müəllim.

Xəyal Rəşid oğlu Bağırov

Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930