dini radikalizm və ekstremizmlə mübarizə

Kərbəla ziyarətinin dərdü- bəla tur şirkətləri.


Ərbəin, inanılmaz möcüzələrə sahib olan eşq ümmanıdır, onun sirli möcüzəsi isə "Allahın varisi" olan bir imamın mərkəzində müxtəlif millətlər və dinlərdən olan on milyonlarla insanın eşq karvanına qoşulmasıdır. Milyonlarla insan selinin kamil bəşər övladına sonsuz sevgisi ilə dolu qəlbləri inanılmaz eşqlə Onun məzarına tələsirlər. Müqəddəs şəxsiyyət və ilahi bir lider ətrafındakı bu heyrətamiz birlik isə heç bir dünyəvi hikmətlə şərh edilə bilməz.
Günümüzün ən böyük siyasi analitikləri də bu möhtəşəm izdihamı və qəlblərin eyni bir vurğuda atmasının dərinliyini dərk edə bilmirlər.
Ərbəin, İslam ümmətinin birliyini, qüdrətini və yaşamını göstərmək üçün məsum imamların göstərişidir. Çağdaş dünyamızda Ərbəin İslam ümmətinin gücünün və digər səmavi dinlərlə İslamın möhtəşəm birliyinin simvoludur.
Ərbəin, irqi və dini fərqlərə baxmayaraq, Müqəddəs bir məkanda yekdil şəkildə, sülh və dostluq şəraitində, İnsanların bir-birləri ilə dinc yanaşı, mehriban yaşamasının münkünlüyünün göstəricisidir.
İmam Hüseyn (ə) dünyadakı ən böyük ədalət və barış rəmzidir, bütün millətlərdən və dinlərdən olanları batilə qarşı mübarizədə Şəhidlik və azadlıq yolunu göstərən məktəbdir.
Bu eşq karvanı sevgi və imanla hərəkət edən böyük mənəvi mərasimdir.
Bu yürüş həm güclü iman, həm həqiqi etimad, insanın qəlbinin dərinliyindən qopan saleh inanclarda olan mehribanlıq, həvəsləndirici və stimullaşdırıcı rol oynayan sevgi və inam hərəkətidir. 'Sevgi və iman birləşməsi Əhli-Beyt təfəkkür məktəbində məntiq və səmimi duyğuların birləşməsidir.
Ərbəin zəvvarı Kərbəlada imam Hüseynə(ə) "ey əziz Ağam biz Mehdi (ə) zühürüna qədər SƏNİ tək qoymayacayıq. Biz bir an belə Mehdi(ə) mı unutmyacayiq" söyləmək üçün gedir.
Şükürlər olsun ki, mənim üçün də illər boyu çəkdiyim həsrətin sonu gəlib çatdı. Mən də bu il imam Hüseyn (ə) zəvvarı oldum. O möhtəşəm duyğuları söyləmək üçün sözlər aciz görünür mənə. Dildə söyləyə bilməyəcəyim hisslər mənəvi həzz dünyasının qapılarını üzümə açdı. Həzrət Zeynəbin(ə) söylədiyi "Kərbəlada gözəllikdən başqa bir şey görmədim" hikmətinin bütün zamanlara aid olan gerçəkliyinin şahidi oldum.
Bu yürüşdə nə qədər sevgi nə qədər insanliq, nə qədər mərhəmət vardi İlahi!!! Susuz dodaqlar sirab olunurdu, ac mədələr təmənnasız doyuzdurulurdu, xəstələrə şəfqət olunurdu. Bir sözlə Cənnət deyilən, insanlığın hökm sürdüyü məkan idi bura. Bu məkanda hər kəsə maddiyyat deyil, yalnız və yalnız mənəviyyat hakim idi.
Ruhumu incidən məqamlar da oldu təəssüflər olsun ki... Kərbəla səfərinin səriştəsiz tur rəhbərlərinin zəvvarlara qarşı etinasızlığı, laqeydliyi kədərləndirdi məni. Müqəddəs yolçuluğa- eşq səfərinə çıxanlar bu cür laqeyd münasibətə layiq deyildilər. Ürəyi İmam Hüseyn (ə) eşqi ilə döyünən zəvvarların haqqı hər dəqiqə kobud şəkildə pozulurdu. Tur rəhbərinın bizi müşayət etməsi üçün təyin etdiyi zəvvar "müdafiəçi" xanımın səfərimizin əvvəlindən axira qədər pərakəndə və etinasız davranışı bizi müşayət etdi. Hər bir halda öz komfortunu düşünən " zəvvarbaşı xanımın yürüş saatlarının vaxtını neçə bölüşdürdüyünü sona qədər anlaya bilmədim. Aydin məsələdirki, 40 dərəcə isti hava şəraitində günorta vaxtı yürüş qeyri- mümkün idi. Bir çox etirazlardan sonra sübh və axşam vaxtlarında yürüş etdik. Kərbəlaya gecə daxil olduq. Üstümüzdə“nəzarətçi” olan xanim bizi qalacağimiz məkana çatdirmalı idi. Həmçinin tur rəhbəri də zəvvarları qarşılamalı idi. Bəlkə 4-5 km yol getdikdən sonra yaxınlıqdakı oteldən tur rəhbərinin çox rahat, laqeyd "mübarək üzünü" görə bildik. Heç halımızı soruşmadan irəli keçib nəhayət ki, bizi məskunlaşacağımız məkana çatdirdi. Uzun yürüşdən sonra zəvvarlar üçün icarəyə götürülmüş İmam Zaman (ə)məqamı adlanan xüsusi tələbə yataqxanasına" töküldük", desəm səhv etmərəm. Hələki nələr baş verdyinin fərqində deyildim. Sən demə elə də böyük olmayan bu əraziyə onlarla(Sobhan travel, Taha travel, Ugur Travel,313 travel vəs.......) turların yüzlərlə zəvvarları yerləşdirilib. Bu dərəbəyliyə əgər yerləşdirmək demək mümkünsə... Üstəlik gecə yarı olsa da harada geçələyəcəyimiz haqda nə yanımızda duran tur rəhbəri nə də üstümüzdə "nəzarətcİ" xanım zəvvar başçımız heç bir məlumat vermirdi. Tur rəhbəri sakitcə telefonla kiminləsə söhbət edirdi. Axir ki mənə bir gənc zəvvar xanım yaxınlaşdı. Onun sayəsində cadırda yer tapa bildik. Çox sevindik. Hamimiz bilirik ki, müsəlmanın ilk vəzifəsi təharətlə başlayir. Isti günün altinda günlərlə yol gəldikdən sonra toz-torpaq içində harada su tapa biləcəyəyimizi düşünürdük. Verdiyimiz hər sual isə çox ciddi narazılıqla qarşılanırdı. “Bura Kərbəla yoludur, belə olmalıdir.” Mən bir məsələni anaya bimədim ki, Yezidin İmam Hüseyn (ə) başına gətirdikləri müsibəti zamanın "Yezidləri" İmam aşiqlərinin başınadamı gətirməlidir?
Təsəvvür edin ki, 3 gün ərzində yüzlərlə insanın qaldiği həmin məkana nə bir zibil daşıyan maşin, nə də təmizlik işlərini yerinə yetirəcək bir kimsə daxil olmadı. Yəqin ki, 40 dərəcəni keçən istilik və minlərlə insanın zibil tullantiları, ayaq yolundakı natəmizliyin pik həddə çatdığı şəraitdə necə qaldığımızı təsəvvür etmək çətin olmaz. Bu dözülməz vəziyyətə ən xırda etirazım isə çox aqressiv şəkildə cavablanırdı.
Üzümü sadəcə olaraq zəvvar olmağa hazırlaşan, o gözəl mənəvi ziyarətə gedən həmvətənlərimə tutub demək istəyirəm ki, nəfsinə qul olan, kobud, belə səfərə mənəvi haqqı olmayan tur rəhbərlərlərindən Allah sizləri qorusun.
Allah hər bir arzusunda olan kəsə arzuedilən ləyaqətli Kərbəla ziyarəti nəsib etsin. AMİN!!!

İlahə Məmmədova

Oxunub: 533
Oxşar xəbərlər
SON XƏBƏRLƏR