dini radikalizm və ekstremizmlə mübarizə

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə də rast gəlinir. Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etməyən, 8-10 saat fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdud görmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir.

Təəssüf ki, bu kimi mənfi faktlar daha çox sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur. Bu da son nəticədə ağır və bir çox hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirmək, hərəkət zamanı təhlükəsizlik kəmərini taxın və sərnişinlərin də bu vacib qaydaya əməl etmək lazımdır. Yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşmək, səfərə çıxmazdan ən azı bir gün əvvəl alkoqollu içki qəbul etmək olmaz.

Yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl etmək, nümunəvi sürücü davranışı nümayiş etdirməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbirli və təmkinli olmaq lazımdır.

“Uzaq məsafə qət edəcəksinizsə, mütləq 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısamüddətli istirahət edin. Bunun üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz.

Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün, doğmalarınızın və daha neçə-neçə günahsız insanın həyatıdır”, - deyə müraciətdə qeyd olunub.

Oxunub: 488
Oxşar xəbərlər
SON XƏBƏRLƏR