dini radikalizm və ekstremizmlə mübarizə

İNSANLARI ƏMƏLLƏRİ İLƏ TANİYAQ


Eh gidi dünya pəncərəndən kimlər baxıb, kimlər keçib. Kimi şan- şöhrət içində yaşayaraq bir yetimə əl uzatmır. Kimisi yaxşılığı edib kimsəyə bildirmir. Kimisi də reklam üçün nələr etmir.
Budur həyat, bu o həyatdır ki müvəqqətidir.
Haqq dünyası üçün yaşayanlar isə yaxşılıqı təmənnasız edər. Əl tutmaq Əli (ə.s) qalıb misalını həyatına örnək alar.
Biz media nümayəndələri bəzi insanların gözəl əməllərini işıqlandıraraq bir başqalarına örnək göstərib onları da belə gözəl əməl sahibi olmağa səsləyərik. Kimisi bu addımı atan insanlara özlərini reklam edir deyər, kimisi ona əməlisaleh insanların üzərinə düşən vəzifə borcunu yerinə yetirən bir insan kimi baxar.
Biz insanların həyatı hər birimizə verilən bir sınaqdır. Hər kəs öz ömür yolunda yaşadıqları ilə sınaqlarından keçər. Kimi vəzifə daşıyaraq, kimisi sadə ömür sürərək.
Hər zaman qələmimə sözümə güvənən dostlarım olub. Məni tanıyanlar bilirlər ki yalanı sevmirəm, heç kimin haqqa girməyinidə dəstəkləmirəm. Bacardığımı deyirəm, yazıram.
Bu günlərdə sosial şəbəkədə yazılan müxtəlif səpkili yazılar qələmi əlimə alaraq bu fikirləri oxucularımın nəzərinə çatdırmağa məni vadar etdi. 34 ildir ki, Suraxanı rayonunun sakiniyəm. Təzə gəlin gəldiyim illər idi, qaynatam Seyid Ağamir evimizdə söhbət əsnasında Hacıbala Abutalıbov haqqında çox yüksək fikirlər söyləyirdi. Qaynatam Böyük Vətən müharibəsi əlili idi.
Onun mərdliyindən müharibə veteranlarına göstərdiyi qayğıdan, kimliyindən asılı olmayaraq hər bir sakini qəbul edərək saatlarla problemlərini dinləməyindən söz açmışdı.
Zaman gəldi mənim iş fəaliyyətim dövründə rayon icra hakimiyyətinin başçısı Natiq Mehdiyev və İlqar Abbasov oldu. Mən uzun illər Suraxanı rayonunun ictimai-siyasi həyatında çalışan insanlardan biri oldum. Millət vəkili Ağacan Abıyevin səlahiyyətli nümayəndəsi, sonrakı illər vəkili, Əmircan qəsəbəsinin bələdiyyə üzvü kim fəaliyyətlərim məni yaşadığım rayonla daha sıx əlaqədə olmağıma səbəb oldu. Rayonun ictimai siyasi işlərində və təşkil olunan tədbirlərdə həm də bir medi nümayəndəsi kimi yaxından iştirak edirdim. Hacıbala müəllimin rayon icra hakimiyyətinin başçısı olduğu illər onunla çalışmaq mənə nəsib olmasada, bir ömür onun gördüyü işlərin şahidi oldum. Bakı İcra Hakimiyyətinin başçısı olsada Suraxanı rayonunun sakinlərinə öz doğmaları kimi yanaşması həmişə davamiyyəli qaldı.
Hacıbala müəllim çox mərd insan olduğunu həm ailəmizdəki ağsaqqalımızdan, həm də sakinlərdən eşitdim. Sonrakı illər onun mərdliyinini Suraxanı rayonunda dəfələrlə şahidi oldum.
Vəzifədə olduğu illər heç vaxt vəzifə səlahiyyətlərindən istifadə etmədi. Kreslo müvəqqətidir. Amma hər kəs o kreslodan düşəndən sonra hörmət görmür. Yalandan baş əyənlər, baş üstə deyənlər yoxa çıxır.
Hacıbala müəllimsə vəzifədə olmasa belə, qazandığı hörmətini yaşadığı sürəcə şahidi olacaq. Bilirsiz ki heç kim ideal deyil. Heç kimdə səfsiz deyil. Mən şəxsən Hacıbala müəllimin 1 deyil yüzlərlə mərdliyinin şahidiyəm.
Bu günə kimi onlarla uşağın təhsil almasına yardım edib. Evsizləri evlə, torpaqla təmin edib. Yüzlərlə Böyük Vətən Müharibəsi əlilinə, Qarabağ döyüşlərində iştirak edən veteranlara, əlillərə kömək edib. Suraxanı rayonundan yüzlərlə yetimə atalıq edib. Amma bir dəfə də qoymayıb ki, etdiyi əməllər yazılsın və deyilsin. Mən şahidi olmadığım heç nəyi nə danışmıram nə də yazmıram. Bu illər ərzində canlı olaraq 5 ya da 6 dəfə rayonun keçirdiyi tədbirlərdə canlı olaraq görüşmüşük. Maraqlısı odur ki, o hər kəsə özü yaxınlaşaraq adları ilə müraciət edirdi, hətta müxtəlif problemlərin yada salaraq soruşurdu.
Bəlkədə bu yazdıqlarımı oxuyan insanlardan bəziləri düşünəcəkdir, görəsən Almaz xanım niyə Hacıbala müəllim vəzifədən getdikdən sonra, onun haqqında bunları yazdı.
Niyə nə səbəbə?
İlk öncə bildirmək istəyirəm ki, bizlərin çoxluq təşkil edən bir hissəsi vəzifədən gedən insanı tənqid atəşinə tutmağı sevirik. Hətta yıxılan görərkən vuranlara baxıb bəzilərimiz balta götürüb baltalamağa can atırıq.
Bir kimsə vəzifədə olandan 5 danışan olanda 5000 min insan yaltaqlıq edir.
Mən bu bildiklərimi Hacıbala müəllim vəzifədə olanda yazsaydım çoxu deyəcəkdi Almaz xanımda bəziləri kimi yaltaqlıq edir.
Mən məhz bu gün Hacıbala müəllim haqqında bəzilərinin xoşa gəlməz yazısını oxuduqdan sonra ürək sözlərimi bildiyim faktlara əsaslanaraq oxucularıma çatdırmaq istədim. Nöqsansız olan bir tək Allahdır. Bəlkə də onunda nöqsanları olub. Amma gəlin səfhi və düzü, yaxşını və pisi tərəziyə qoyaq. Mən əminəm ki, onun insanlara etdiyi tərəziyə qoyularsa əməlisalehlər siyahısında olacaq.
Bir evsizi ev eşik sahibi etmək kimi bir əməli var.
Təhsil almaları üçün yüzlərlə uşağa kömək etmək kimi yüksək xüsusiyyəti var.
Xəstəyə əl tutmaq kimi ali insanlığı var.
Millətini, dövlətini sevəcək qədər təmiz qəlbi var.
Onu tanıyanlar hər bir kəlməmlə razılaşacaqlar.
Tanımayanlar isə çox təssüf ki, belə bir gözəl qəlbli insanı tanımadıqları üçün həmişə təssüf hissi keçirəcəklər.






























ALMAZ İLAHƏ ƏHMƏDOVA




Oxunub: 643
Oxşar xəbərlər
SON XƏBƏRLƏR