» » AD GÜNÜN MÜBARƏK,ANAM!

AD GÜNÜN MÜBARƏK,ANAM!


Dünən zülümlər,sitəmlər çəkmiş və yenə də çəkən anamın ad günüydü.Ha çalışdım ki,adına layiq bir hədiyyə alım,İmkanım olmadı.Bir özümə baxdım,bir anama.Nə qədər fərasətsizəmmiş deyə düşündüm.Anam isə heç nə olmamış kimi üzümə baxıb:
-Darlıqlanma ay oğul,niyə narahatsan? Bilirəm uşaqların üçü də tələbədi.Kirayədə yaşayırlar.Birinin təhsili pulludu.Görürsənmi,pulluda oxuya-oxuya zərbəçidi,təqaüd də alır.Səndən xəbərsiz işləyir də.O gün özünün ehtiyacın ola-ola
bir dostuna 20 manat pul göndərdiyindən də xəbərdaram.Son qəpiyini də əsirgəmirsən.Mənə ən böyük hədiyyən sənin halal əməllərindi.Yazdıqlarını da oxuyuram.Elə bilirsən xəbərinm yoxdu.Oğlum,analar həmişə sağdır.Anaların o dünyası,bu dünyası yoxdur.Peyğəmbərimiz boşuna deməyib ki,CƏNNƏT ANALARIN AYAQLARI AITINDADIR.Anaların nəfəsi həmişə övladların üstündədir.Amma,unutma ki,sənin bir anan da var və əsas olan odur.Bilirsənmi? Dostların var ey,çörək kəsdiklərin də var,virtual tanıdıqların da... Məmməd İsmayıl,Sabir Rüstəmxanlı,Ramiz Yaşar qardaşları,Akif Əhmədgil,Rəşad Məcid,Elxan Zal.Firuz Mustafa.Murad Köhnəqala,Aydın Can,Ayaz Arabaçı.Rizvan Cəfərli.Eldar İsmayıl Böyüktürk,Dayandur Sevgin,Ramiz Qusarçaylı.Saqif Sarıtorpaq,Saqif Qaratorpaq,Saday Şəkərli,Kamal Abdulla,Elçin Hüseynbəyli,Vaqif Məmmədov,Adilə Nəzər,AyBəniz ƏLiyar,Gülnar Səma,Nəvəm Rübabə.Hansı birini deyim? Xoşdur ki,sənin insanlara məhəbbətin tükənməzdir.Bu,mənim üçün ən böyük hədiyyə deyilmi?Adlarını çəkmədiklərim səndən və məndən inciməzlər yəqin ki..O gün Muradın ad gününə gedə bilməyəndə çəkdiklərindən də xəbərdaram.Evində illərdi xəstə olduğunu bilir və sənə münasibəti əvvəlki kimi də qalacaq.Onun böyük ürəyi var və əməlləri həmişə Allahladı və Allahlıdı.
Bir də yadımdan çıxmamış onu deyim ki,heç vaxt Məhəmməd Əsgərovu,Rahim Məhərrəmovu,Vidadi və Fikrət Əhmədov qardaşlarını,Namazəli Məmmədovu,Teyyubu(Peykanı),Rafiq Hüseynovu.Mücaməddin Və Nizaməddin Axundov qardaşlarını,YaşarYəhya İbrahimovu,İlqar Axundovu və adlarını sayıb çatdıra bilmədikılərimi unutma.
Qılıcovlar haqqında yazı hazırladığından xəbərdaram.İşlərin uğurlu olsun!
Tovuzun ədəbi mühiti ilə bağlı.folklor,aşıq sənəti nümunərindən topladığın 30 mindən çox kitab səhifəlik araşdırmalarına görə sənə sağ ol deyirəm.İşlərini davam etdir....
Səninlə söhbətim çox olacaq.Bilirəm ki,çörək üçün mücadilə edirsən.Davan isə Qarabağdı.O Qarabağ ki,sənin ana baban da Füzulinin Qoç Əhmədli kəndindən Tovuza gəlib.Ora hər bir Azərbaycan vətəndaşının olum və ölüm işidir.Tanrı yardımçınız olacaq.Əl-ələ verməyinizə ciddi ehtiyac var.
Yuxarıda dedim ki,sənin bir anan da var.Bildinmi,o,kimdir?
Yaxşı bilirsən.Məndən çox onu sevin,ondan muğayat olun.Ruhumu sevindirməyi unutma.Xəbər gözləyirəm!
..Dünən Anamın ad günüydü.Anamın mənə və hamımıza əmanət etdiyi anamızın-Azərbaycanımızın!
AD GÜNÜN MÜBARƏK,AZƏRBAYCAN!
Çingiz Musayev
P.S. Oxudugunuz bu yazıyla sosial şəbəkədə qarşılaşdım. Həmkarım Çingiz Musayevin qələmə aldığı "Ad günün mübarək, anam!" başlığından yan keçə bilmədim hətta göz yaşları içərisində oxuduğumuda etiraf edim.
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930