dini radikalizm və ekstremizmlə mübarizə

TOLİK VƏ TOLİK KİMİLƏRİNƏ CAVAB


Səhər oxuduğum xəbərdən sonra bir azərbaycan qadını və media nümayəndəsi olaraq Tolikə cavab verməyi özümə borc bildim.
9 qat Dünya, 3 qat Avropa çempionu Araz Musayev 14 oktyabr 2019-cu il tarixdə Türkdilli Dövlətlərin Sammitində iştirak etmək üçün Bakıya gələn Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Araz Musayev Türkiyə Prezidentinə Türk xalqının, onun yolunda şəhid olmağa hazır olduğunu bildirib və Suriyada Türk əsgəri ilə birgə terrorçulara qarşı döyüşmək üçün razılığın verilməsi məqsədilə Türkiyə Səfirliyinə müraciət etdiyini deyib.
Rəcəb Tayyib Ərdoğan isə tanınmış idmançının müraciətinə məmnunluqla cavab verib və "Biz gedərik, Siz də gələrsiniz" sözlərini deyib.
Bu cavab qardaşın qardaşa verdiyi cavab idi.
Bir çox saytlar və portallar müxtəlif insanların adlarını elə də fəxrlə yazırlar ki, adam lap xəcalət çəkir.
Əziz həmkarlarım bizim qələmimiş qarışqanı fil edə bilər, amma fili, aslanı, pələngi kiçiltmək olmaz. Bunu nə Allah bağışlayar nə bəndə nə də ki, tarix. Sizlərin möhtəşəm qələmə verdiklərinizin bəziləri əslində cılız biriləridir. Bunu siz də, mən də bikirik. Sadəcə qələminizin gücü ilə tanınmayanı tanıdırsınız və olanlarda elə bilirlər ki, həqiqətən "böyük bir "şeydilər".
Yazını olduğu kimi verirəm.
Tanınmış teleaparıcı və prodüser AZXEBER.COM-un rəsmi instagram səhifəsində paylaşılan bu xəbərə maraqlı şərhlə cavab verib.
"Qarabağa getmək lazımdır, Suriyaya yox. Bizimkilərin belə şirinliyindən olmaya. Allah şəhidlərimizə rəhmət eləsin" deyə yazıb."
İlk onu qeyd edim ki, mən bu deyilən və yazılan cümlələrdə maraqlı heç nə görmədim.
Əksinə azərbaycanın qeyrətli oğluna yol bilməyənin yol göstərməsinin şahidi oldum. Halbu ki, teleaparıcının özünə yol göstərən lazımdır. Niyə ona deyən yoxdur ki, ay ədəbaz bəs sən niyə şou ilə məşğulsan???
Siz hələ Araz Musayevin atdığı addımın birini atın sonra danışarsınız.
Amma sizə heç haqqda verilmir ki, Araz Musayev kimi oğulların adını dilinizə gətirəsinız. Onun keçdiyi həyat yolunu izləyin və görün. A. Musayev kimdir? O, Azərbaycan Respublikasının bayrağının 9 dəfə müxtəlif dövlətlərdə qaldırııaraq dalğalanmasının səbəkarı. O, Azərbaycan Respublikasının himninin səslənməsini, minlərlə insanları ayaqüstə duraraq dinləmələrinin səbəbkarı olan oğul.
O, Milli Qəhrəman Mübariz İbrahimova dil uzadan xaini məhkəməyə verən qəhrəmanımız.
O, ermənipərəstlərin şəhidlərimizə qarşı atılan çirkin addımın qarşısını alan mərd cəsur qeyrətli bir oğul. Araz Musayev haqqında danışmağa nə sizin nə sizin kimilərin haqqı çatmır.
1991-1993 cü illərin tarixini varaqlayın. Erməni təcavüzkarları Qarabağ torpaqlarını işgal edərkən yenədə ilk yardıma gələn Türk ordusu olmuşdur. Yüzlərlə türk qardaşlarımız azərbaycanda şəhid oldu, sağlamlığın itirərək qazi oldu.
Deyən lazımdır ay Tolik siz onda hardaydınız??? O zaman hərbi xidmətə yaşınız düşməyə bilərdi. Bu illər ərzində xalq üçün, millət üçün nə etmisiniz ?
Araz Musayev azərbaycanın səsinə səs verən qardaşlarına dəstəyə gedirsə onu yalnız alqışlamaq lazımdır!

Almaz İlahə

Oxunub: 810
Oxşar xəbərlər
SON XƏBƏRLƏR