dini radikalizm və ekstremizmlə mübarizə

QƏLBLƏRDƏ YAŞAYAN MİRSAMİR


Bir ana üçün övlad məzarı başında durmaqdan ağır heç nə ola bilməz.
Bir ana üçün qara daşa sarılaraq verdiyi suallara cavabsız qalmaqdan da ağır heç nə ola bilməz. Mirsamir Əsədullayevin məzarına sarılan anasını gördükdə qaysaq bağlayan yaram yenidən qana boyandı. Mirsamirə deyəcəyim sözləri ürəyimdə səsləndirdim.
Oğlum artıq 4 aydır ki səni sevənləri, valideynlərini ağlar qoymusan. Amma sən yox, bağışla məni nə etdisə zalım fələk etdi, arzularının çin olacağı bir zamanda, layihələrinin işıq üzü görəcəyi bir anda, səni doğmalarından aldı. Sənsizliylə dözmək doğmaların üçün nə qədər çətindirsə mənim üçün də eləcə ağırdır. Sənin sonsuz ümmana bənzər arzularını bildiyim üçün də əlimdən yazmaqdan başqa bir şey gəlmədi.
Nə qanun nə səlahiyyət mənlik olmadı. Bu gün sənin haqqına girən, sənin kimi əsgər paltarını anasına göz dağı qoyan, haqqına girənlər bir gün bu addımları üçün cavab verəcəklər.
Bu dünya olmasa belə, o biri dünyada hesab verəcəklər. Günahsız övladların qanı yerdə qalmayıb qalmayacaq. Heç bir uzunsaçın göz yaşını Allah səbəbkarlara bağışlamadı. İnanıram sənin Ananın da göz yaşına səbəb olanlar Allah tərəfindən bağışlanmayacaqlar.
Axı sən şərəfli əsgər olaraq Vətəni qoruyacaqdın!
Sən dərsini İlk XTQ əsgəri olan Atan Elmandan almışdın.
Sən tanınmış memar olacaqdın, çəkdiyin layihələr bu gün onun sübutudur.
Sən Şəhid Analarının oğlu, olmaqla yanaşı dövlətinə yararlı gənc olaraq çox nailiyyətlər əldə edəcəkdin. Amma bu nəqliyyat terrorları qoymadı. Gələcəyə mayak olacaq bir gənci qurban seçdi.
Görəsən Mirsamirin görmək istədiyi işləri bu gün yorulmadan çalışan atasının həyata keçirməsindən insanlar örnək götürürümü?
Elman Əsədullayev Şəhidlər və onların ailələri üçün atdığı addımları görərək püxtələşən Mirsamir əlbəttə Vətənpərvər yetişməli idi.
Artıq Elman Əsdullayev oğlu Mirsamir Əsdillayevin layihələrin həyata keçirir.
Şəhid anaları və valideyinləri üçün öz həyətində məkan yaradaraq tədbirlərin keçirilməsini təşkil etdir. Müqəddəs ziyatətlərə yola düşən minlərlə zəvvarlara şəhidlərin rəsmlərindən ibarət geyimlər təşkil edərək onları dünyanın hər bir yerindən ziyarətlərə gələn zəvvarlara tanıtmaq üçün işlər görərək həyata keçirir.
Sən yaşayasan deyə arzularını yaşadır. Sən qəlblərdə yaşayırsa!

Almaz İlahə


Oxunub: 578
Oxşar xəbərlər
SON XƏBƏRLƏR