» » Sizin ağrınız bizim ağrımızdır

Sizin ağrınız bizim ağrımızdır


Turkiyənin Kayaköy Barış və Dostluq festivalı ərəfəsində Azərbaycan İraq Mədəni Əlaqələr ictimai birliyinin sədri, BMT nin üzvü , Dünya Sülh səfiri Tahirə Məmmədova və birliyin üzvləri sentyabrın 4 də festivala ciddi hazırlaşırdılar.
AİMƏ - nin
Türkiyə üzrə təmsilcisi şair Mustafa Taner bizi vətənpərvər ziyalılarla - Alpaslan Turkeş Tanç və Gültəkin Cavuşoğlu ilə taniş etdi.
Festivala gəlmiş nümayəndələr bizə yaxınlaşır və öz sevgilərini bildirirdilər. Biz Azərbaycan həqiqətləri haqda, Qarabağ dərdimizi dostlara xatırladarkən, o insanların gözlərindən yaş süzülürdü.
Ermənilərin işğalqılıq və fitnəkarlığından hər birimiz təsirləndik.
Biz hər an sizin yanınızdayıq.- deyən Gültəkin Çavuşoğlu ürək ağrısıyla dedi ki sizin ağrınız bizim ağrımızdır.
Axşam Gültəkin Cavuşoğlu və Alpaslan Turkeş Tanç qaldığımız otelə gəldilər və bizim şərəfimizə möhtəşəm ziyafət təşkil etdilər.
Alpaslan Turkeş Tanç sazda həm ifa etdi , həm də gözəl şərqilər söylədi . Birliyimizin üzvü, dəfələrlə beynəlxalq və Respublika müsabiqələrın laureatı , Azərbaycan Milli Konservatoriyasının tələbəsi Şəhram Sadiqov gah balabanda ,gah da qara zurnada necə gözəl ifa edirdisə , qonsu stolda əyləşmış türkiyəli sənətçilər də bizə qosularaq gecədən xeyli keçənə qədər dərdləsdik.
Türkiyənin Kütahya , Ərzurum, Çanaqkala,İzmir, Ankara şəhərindən festivala qoşulan , itib batan qədim əl işləri üzrə sənətçilər çox sevindilər və təşəkkürlərini bildirdilər.
Qonaqların xahisi ilə dörd beş saat ərzində əzbər söylədiyim şeirlər hər kəsi duyğulandırdı.
Şirin və duygulu anlar əl telefonlarımızın yaddaşına köçürülərək yaddaşlara həkk olundu .
Tahirə xanım ingilis dilində çap etdirdiyi Qarabağ həqiqətləri haqqında yazılmış kitabını , Rauf İlyasoğlu isə " Yolda qalan izlər " kitabını Gültəkin Çavuşoğluna hədiyyə etdilər.
Gultəkin bəy Qarabağ həqiqətlərinin turk dilinə tərcümə olunaraq çap olunmasına və bu işdə yardımçı olacağına söz verdi .
Alpaslan Turkeş Tanc ,
Gultəkin Cavuşoğlu və bizə bələdcilik etmiş sair, araşdırmaçı heykəltəraş Mustafa Tanerin timsalında belə vətənsevər , Qarabağ dərdini öz dərdi bilən ogulları ilə qurur duyduq .
Onu da qeyd edim ki Gultəkin Çavuşoğlu iş adamıdir, eyni zamanda turk tarixinə bələd olan milliyyətcidir. Azərbaycan ücün ,vətən ücün çanından keçən ziyalıdır.
Mustafa Taner 1954 cü ildə Ağrıdağda anadan olub . Sonra Yalavada yasayıblar. Həmin rayonda millət vəkilinə namizəd olub. Bir nənəsi İran Azarbaycanlılarından, o biri nənəsi isə Naxçıvandan Qarapapaq turklərindəndir . Hər dəfə şeir söyləyərkən gözləri dolur, ürəyi vətən həsrətiylə döyünur. Məhz bu səbəbdən 29 kitabını yuxusuz gecələrində qələmə alıb .
Alpaslan Turkeş Tanc isə əslən Qarabağlıdir.Təthiyənin Qayakoyündə yaşayır və turizmlə məşğuldur
1905 ci ildə babaları erməni işğalına məruz qalıb və Qarabağdan qaçqın düşüblər.Tokatda ev tikiblər .Ermənilər yenidən hücum ediblər və Alpaslan Ağrıda qalıblar.
Azərbaycan, Turkiyə bayraqları ilə bəzədilmiş ziyafətdə Tahirə Məmmədovanın vətən həsrətli yanqıları hər kəsi duyğulandırdı.
Dostlarla yenidən
gorüşəcəyimizə soz verdik.
Rauf İlyasoğlu
Turkiyə , Kayaköy Barıs və Dostluq festivalından .


Oxşar xəbərlər
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031