dini radikalizm və ekstremizmlə mübarizə

QAŞ DÜZƏLTDİYİNİZ YERDƏ GÖZ ÇIXATMAĞA ÇALIŞMAYIN


Bu günlərdə Bakupress.az saytında oxuduğum xəbər mənə bu yazını yazmağa vadar etdi. Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oktay Gülalıyev öz sosial şəbəkə hesabından Bakupress.az saytının baş redaktoru Şəfəq Ağacanla bağlı belə bir yazı paylaşaraq ona dəstək olduğunu bildirməsi haqqda məlumat yaymışdırlar.

Xəbərdə O.Gülalıyevin yazısını olduğu kimi biz də oxucularımıza təqdim edirik.

-Oktay Gülalıyev: "Həbsdə olan Bakupress.az saytının baş redaktoru Şəfəq Ağacan 5 gündür ki, saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. Məlumatı bu gün onun oğlu Fuadla görüşdə aldım. Anasının ona qarşı edilən ədalətsizliyə və saxta cinayət işinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirdiyini bildirən Fuad onun anemiya və ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyini bildirir.
Şəfəq Ağacan bu ilin may ayında həbs olunub. O, apteklərdə nakotik tərkibli dərmanların qanunsuz satışı ilə bağlı araşdırmalar aparıb və bu barədə video çəkilişlər hazırlayıb yayıb. Həbsindən öncə deputat Adil Əliyev tərəfindən məhkəməyə verilib, maşınına basqın olunub, qanunsuz olaraq polisə aparılıb və təhdidlərə məruz qalıb.

Xanım jurnalist CM- nin 234.2- ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma və s.) maddəsi ilə ittiham edilir. O, ittihamları rədd edir və özünü təqsirli bilmir.
Şəfəq Ağacanla bağlı araşdırmalarımız davam edəcək. Onun haqqında həbs- qəti imkan tədbirinin dəyişdirilməsini və cinayət işinin ədalətli aparılmasını tələb edirik!"

P.S. İlk öncə Şəfəq Ağacanın həbs olunmasına bir həmkar kimi mən də kollektivimin üzvləri də çox pis olduq. İlk öncə ona görə ki O, bir azərbaycan qadınıdır və Anadır. Mən Azərbaycan qadınına cəza evi, müttəhimlik kürsüsü yaraşdırmıram.

Amma onuda qeyd edək ki, qanun hər kəs üçün qanundur.

Şəfəq Ağacanın məhz narkotik maddə ilə tutulması müəyyən şübhə doğurur. Çünkü onun son fəaliyyəti qanunsuz dərmanların satışı ilə bağlı olmuşdur. Bu iş həmin dərmanların satışı ilə bağlı olan insanlar tərəfindən planlaşdırılmış ola bilər.

Amma bu duruma aydınlıq gətirmək üçün yenə də hüquq mühafizə orqanlarına güvənmək lazımdır.
Oxuduğum yazıda bir məqamla razılaşmıram. Şəfəq Ağacanın gördüyü hansı işlərdən sonra həbs edilməsi göz önündə olduğu halda. Yazıda həbsindən öncə millət vəkili Adil Əliyev tərəfindən məhkəməyə verilməsi qeyd olunur.

Onu qeyd etmək istəyirəm məhkəməyə verilməsinin Ş.Ağacanın həbsi ilə nə əlaqsi var ki bu cümləni işlədirsiz? Bu cümlə.əslində hansısa bir çaxnaşma yaratmaq, və nüfuzlu bir insan haqqında mənfi rəy yaymaq kimi də qiymətləndirmək olar.
Ş. Ağacan məhkəməyə verilibsə demək ki, qarşı tərəf hüquq mühafisə orqanları ilə haqq ədalətin bərpasını istəyib.

İndiki durumda Şəfəq Ağacana kömək etmək istəyənlər belə yanaşma etməklə onun işini daha da ağırlaşdıracaqlarını düşünürəm. Demək ki, ortaya bir çox insident çıxacaq ki, Ş.Ağacan kimisə şantajmı edibvə s...? Ortaya çıxan sualların, araşdırmalarınınsa nəticəsi nə olacağını heç kim bilmir. Məhz bu səbəbdən kömək etdiyinizi düşünərək atdığınız addımlarda ona zərər verdiyinizi də nəzərə alın. Bu an bir misalı xatlrladım. Ona kömək etmək istəyirsinizsə "Qaş düzəltdiyiniz yerdə, vurub gözünü çıxarmayın". Allah qapısının açılmasında Ş. Ağacana kömək etsin.

Almaz İlahə

Oxunub: 530
Oxşar xəbərlər
SON XƏBƏRLƏR