dini radikalizm və ekstremizmlə mübarizə

BU DURUMLARLN YARANMASINDA DİN ƏMƏKDAŞLARI DEYİL, SOKAR VƏ İCRA STRUKTURLARI GÜNAHKARDIRLAR


Hörmətli oxucularım bu gün səhər izləyəcəyiniz linki mənə göndərərək yazıblar:- Almaz xanım izləyin, sizin hər zaman sinənizi irəli verərək qələminizlə qoruduğunuz dövlətinizin DİN strukturunun əməkdaşları Qarbağ əlillərini döyürlər!
Mən bu videonu izlədim və çox sarsıldım. Vətən üçün ayaqlarlnı itirən bir çox Qarabağ qazisinin çəlinklə polis əməkdaşlarını vurmaları çox acınacaqlıdır. Amma bu addımı atmağa onları vadar edən nədir və kimlərdir?
Görünür ki, ARDNŞ-nın (SOKAR )ərazisində olan tikintinin sökülməsi üçün gələn polisləri Qarabağ qaziləri gözləyirdilər. İzlədiyimə əsas verərək deyə bilərəm ki, bu hadisənin olacağı öncədən planlaşdığı bilinir. Çünkü həm qazilərin çoxluğu, həm polislərin çoxluğu bunu göstərir ki, öncədən hazırlanmış bir plan əsasında bu addımlar atılır. Bizdə olan məlumata görə ərazi ARDNŞ-ya (SOKARA) məxsusdur, tikintinin sökülməsi qərarı verildiyi üçün məkana yığılıblar.
ARDNŞ-nın balansında olan tikintilər yüzlərlədir. Və bu kimi hallarla qarşılaşan vətəndaşlar "N" qədərdir.
ARDNŞ-nın prezidenti Rövnəq Abdullayev problemin həlli yolunu fərqli şəkildə həll edə bilər. Amma çox təssüf ki, ərazi üzrə İcra başçısından onlara məxsus olan torpaqlarda tikintikərin dayandırılması və yaxudda sökülməsini tələb edirlər.
Görəsən Rövnəq Abdullayev Qazilərin haqqını vermək üçün hansı addımları atır?
O, belə bir qərar qəbul edə bilməzmi? Qazi və Şəhid ailələrinə hansısa güzəştlər edilsin.
Video görüntülərdə əl qaldıran polislərdən çox Qazilərimizdir. Diqqətlə izləsəniz görəcəksiniz ki, Polislər ordan kənarlaşdılar. Çünkü onlar da başa düşürlər ki, canından keçən igidlərə əl qaldırmaq kişiliyə yaraşmaz.
Belə məsələlərdə mən Rayon İcra hakimiyyətlərinin başçıların, ərazi icra nümayəndələrini günahlandırıram. Çünkü vətəndaşın problemi ilə zamanında maraqlansalar Qarabağ qazilərinə, şəhid ailələrinin problemlərini vaxtında həll etsələr iki qardaş qarşı-qarşıya gəlməz. (Hətta ərazi SOKAR ın balasınsında olmuş olsa belə.)
Bəli iki qardaş deməkdə məqsədim var. Erməni vandalları torpaqlarımıza təcavüzə qalxarkən ilk Vətən torpaqlarını qorumağa yola düşən DİN əməkdaşları POLİSLƏRİNİZ oldu.
DİN-nin 100 lərlə müxtəlif rütbəli zabitləri Şəhidlər oldu.
Bu durumu görmək acınacaqlıdır.
Bu o polislərdir ki, yenə də Ali Baş Komandan tərəfindən səfərbərlik əmri verilərsə onlarda Hərbiçilərimiz ilə çiyin-çiyinə döyşə atılaraq torpaqlarımızın azad olunması üçün döyüşərək canlarıdan keçməyə hazır olacaqlar.
Mən bir daha hadisənin baş verdiyi rayonun rəhbərliyinə üz tutaraq fikrimi bildirirəm.
Hörmətli rayon icra başçısı siz polislərlə hərbiçiləri üz-üzə qoymaqla təxribat yaradırsınız. insanlar öz həyətlərində bir daşı daş üstünə qoymaq istərkən ərazi üzrə sahə müvəkkili o dəqiqə başının üstünü alır. Demək ki sizlərin icazəsi olmadan hansısa tikinti işləri aparmaq mümükünsüzdür. Sual doğurur, hansı səbəbdən daşladılan tikinti yarıda qalır və sökülməsinə qərar verilir? Əksər hallarda icra strukturları müxtəlif yolla rüşvər alaraq icazə verir və ARDNŞ ilə məsələni vətəndaşın üzərinə atır. Belə olduğu halda qarşıdurma yaranır.
Zamanında sizlər tərəfindən atılmayan addım bu gün iki qardaş arasındakı bu acınacaqlı durumu yaratmışdır.
Xalq arasında DİN -nin əməkdaşlarına qarşı mənfi fikir formalaşır və bu dövlətçiliyə böyük zərbə vurur. Bu məsuliyyət isə sizin çiyinlərinizdədir.
Rayonda baş verən bu kimi durumlar sizlərin işinə səhlənkar yanaşmanızı sübut edir.
Qarabağ qazisinin və yaxud hansısa sakinin üzərinə göndərdiyiniz polis əməkdaşları ilə yaşanan qarşıdurma problemin həlli deyil. İnsanlar çox həssa bir durumdadır. Qarabağ torpaqlarının azad olunması problemi son zamanlar insanların ən incə və toxunulmaz bir nöqtəsi olduğu bir zaman sizlər, sakinlər arasında sakitliyin qorunması üçün polis "dubinkalarına" güvənməməlisiniz. Hər bir vətəndaşın problemini şəxsən özünüz həll etməlisiniz. Belə olduğu halda sabitlik bərqərar ola bilər. Sizin kimi başçıların nöqsanları insanları dövlət rəhbərindən incik salır. Və qarşılaşdıqları hər bir haqqsızlıqda -" prezident hara baxır" fikiri yaradır. Sizdə, mən də bilirik ki, cənab prezident sizləri bu vəzifəyə təyin edəndə xalqa xidmət etməniz üçün təyin edir. Xalqı, qaziləri, Şəhid ailələrini, vətəndaşları dövlət başçısının əlehinə qaldırılması üçün deyil. Bu kimi videoları isə insanlar yaymaqda məqsədləri, problemlərinin həlli üçün əlaqədar təşkilatlara səslərinin çatmasına təminat bilirlər. Sizlər öz işinizə məsuliyyətlə yanaşsanız belə qurumlarla qarşılaşmarıq.

Almaz İlahə

Oxunub: 544
Oxşar xəbərlər
SON XƏBƏRLƏR