dini radikalizm və ekstremizmlə mübarizə

MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOVUN XARİRƏSİNƏ TURNİR KEÇİRİLDİ



Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilir.Turnir iki gün davam edəcəq.

Turnirdə 10-dan artıq ölkədən 6-13 yaşlı 1000-dək idmançı mübarizə aparır. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət olunublar.

Ölkəmizdə multikulturalizmin, tolerantlığın qorunması, gənclərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın döyüş yolunun təbliği məqsədilə belə beynəlxalq idman tədbirlərinin keçirilməsi artıq ənənəyə çevrilib.

Xatırladaq ki, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin ildönümü ərəfəsində ordumuzun Aprel zəfərinə və Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş karate üzrə Sumqayıt şəhər birinciliyi, 2017-ci ildə Beynəlxalq Şotokan Karate-Do Təşkilatının Azərbaycan filialının V açıq çempionatı keçirilib. Ötən il isə Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qara dəniz və Xəzəryanı ölkələr arasında karate üzrə beynəlxalq turnir keçirilib. Bu yarış Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Karate Federasiyasının təqvim planına salınıb və hər il keçirilməsi nəzərdə tutulub.

Fesih ALİOĞLU

Oxunub: 523
Oxşar xəbərlər
SON XƏBƏRLƏR