dini radikalizm və ekstremizmlə mübarizə

Kitabşünas alim, tədqiqatçı yazıçı


Bu kitab görkəmli kitabşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü ,V.S. Altunin adına Rusiya Ekologiya və Təbii Sərvətlərsən istifadə Akademiyasının akademiki, tədqiqatçı, yazıçı publisist, alim Əliağa Qafar oğlu Cəfərovun anadan olmasının 65 illik yubileyi münasibəti ilə hazirlanıb. Kitabın tərtibçiləri Vaqif İsaqoğlu və Nizami Rəhmanlıdır.
Kitabda Əliağa Cəfərovun həyat və yaradıcılığına dair materiallar, iş yoldaşlarının və dostlarının yubilyar haqqında fikirləri , eləcə də ömrünün müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər daxil edilib.
Əliağa Cəfərovun " Xocalı", " Bəlalı dağlar " ,
" Puç olmuş arzular " , " Qırğın" romanları ədəbi içtimaiyyət tərəfindən maraqla qarşılanıb və müəllifə əbədi şöhrət qazandırıb.
O, həm də 1997 ci ildə təsis etdiyi " Çıraq " nəşriyyatının direktorudur.
1994 - cü ildən "Akademkitab" in taleyini ona tapşırmaqla heç də səhf etməyiblər.Bu kitabxana gercək bir universitetdir. Minlərlə kitabların qorunduğu və gələcək nəslə çatdirılmasında AMEA nın Akademkitab kitab evinin rəhbərinin xidmətləri həqiqətən danılmazdır.
Respublikamız müstəqillik əldə etdikdən sonra ilk dəfə " Qurani Kərim " muqəddəs kitabımızı latın əlifbasında nəşr etdirən də məhz Əliağa Cəfərov olmuşdur.
Tərtibçilərindən biri olmuş Ə. Cəfərov "Azərbaycan dilinin izahlı lüğəti" ni 3 cilddə nəşr etmişdir.
Tədqiqatçı yazıçı Əliağa Cəfərov uzun illər folklorumuzun nəşrində olan boşluğu doldurmaq , xalqımızın folklora olan marağını təmin etmək məqsədilə 5 cilddə " Azərbaycan nağılları " nı, 5 cilddə də " Azərbaycan dastanları" nı ," Koroğlu " ," Qaçaq Nəbi " dastanlarını ,eləcə də " Azərbaycan folkloru antologiyası" nı yenidən işləyərək nəsr etdirmişdir.
Uzun illərdir ki Akademkitab mağazasının mudiri işləyən cəfakeş alim, tədqiqatçı yazıcı Əliaga Cəfərov əsl ziyalıdır.
Fədəkar insan yorulmaq bilmədən oxuculara kitablari sevdirən naşirdir, kitabşünasdir.
Əliaga müəllim doğulub boya - başa çatdıgı cəngavərlər məkanı olan Qubadlı rayonunun tarixi ilə bağlı arxiv sənədlərinə istinad edərək zəngin məlumatlar toplamış və ilk dəfə doğma Əliquluşağı kəndində 1915 -ci ildə açılmış Rus-:Tatar məktəbi haqda ayrıca kitab yazıb tariximizin qaranlıq səhifələrini işıqlandırmışdır. Məhz cəfakeş alimin kitabları orta məktəblərdə tədris olunur və tarixçilər, alimlər, doktorantlar, müəllim və tələbələr üçün mənbə kimi istifadə olunur.
Əslən Zəngəzur mahalının Qubadlı elində dünyaya gəlmiş , kövrək qəlbli , nəsilli, köklu , qədirbilən, vətənsevən eloğlumuz yurd nisgiliylə alişıb yanır, dogma yurdunu, kitablarında vəsf edir, neçə imkansız insanlara kömək edir.
İsgüzarlıği, sadəliyi,təvazokarlığı , mehribancılıgı və insani keyfiyyətləri ilə secilən, vətənpərvər övladlar böyüdüb nəvələriylə fərəh duyan Əliaga Cəfərov kitabsevərlərin, yazıçı və şairlərin dostu olmaqla yanaşı ictimaiyyət arasında öz durustlüyü, mərdliyi , bütovlüyü ilə secilən ziyalılarımızdandır.
Bir çox qəzet və jurnalların redaksiya heyətinin fəxri üzvü olan Əliağa Cəfərovu ürəkdən təbrik edir, ona bu səmərəli və şərəfli işlərində uğurlar və yeni - yeni nailiyyətlər arzulayırıq.
Ümidvarıq ki dövlətimiz yorulmaq bilmədən xalqımiza xidmətlər gostərən Əliaga Qafar oğlu Cəfərovun əvəzsiz xidmətlərini layiqincə qiymətləndirəcəkdir.

Rauf İLYASOĞLU


Oxunub: 892
Oxşar xəbərlər
SON XƏBƏRLƏR