dini radikalizm və ekstremizmlə mübarizə

“Bu haqsızlıqlara etiraz olaraq aclıq aksiyası keçirəcəyəm.Gəlib Kürdəxanıdan cənazəmi apararsınız” – Tanınmış idmançıdan haqsızlığa qarşı üsyan.

“Bu haqsızlıqlara etiraz olaraq aclıq aksiyası keçirəcəyəm.Gəlib Kürdəxanıdan cənazəmi apararsınız” – Tanınmış idmançıdan haqsızlığa qarşı üsyan.

26.09.2019- ci il Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-cu il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinərək 6- il 6 ay müddətinə azadlıqdan məhrum edilmə qərarı verilib

Qeyd edək ki, prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

Qeyd edək ki, Ehram Məcidovun təqsirli bilindiyi cinayət hadisəsində işin faktiki halları ilə məhkəməyə təqdim edilən sübutlar arasında ciddi ziddiyətlər var.Buda təqsirləndirilənin yaxınlarının “işə qərərəzli yanaşılır”iddiasını daha da inandırıcı edir.

Təqsirləndirilən professional idman karyerası ilə əlaqdar olaraq dəfələrlə başından zədələr aldığı və bununla bağlı da hadisəni affekt (anlaqsızlıq) vəziyyətində törədə biləcəyini bildirərək məhkəmə tibbi ekspertizasınin keçirilməsi üçün vəsadət qaldırsada məhkəmə vəsadəti təmin etmədi. Ehram Məcidov ona qarşı olunan haqsızlıga görə qəzəblənərək məhkəmə prosesində aclıq aksiyası keçirəcəyini bildirdi və söylədi ki “bu gündən aclıq elan edirəm ya ölümüm çıxacaq həbsdən yada ki, azadlığa buraxılmagımı tələb edirəm”

Dünya çempionu Ehram Məcidov hər kəsdən ümüdünü kəsərək tək çıxış yolunu prezidentdən kömək istəməkdə gördü.

“Azərbaycan prezidenti İlham Əliyevə və 1-ci vitse-prezidenti Mehriban xanım tək ümüdüm sizsiniz məni bu haqsızlıqdan xilas edin və günahsız oldugum subut edin”

Məlumat üçün bildirək ki Ehram Məcidov Azərbaycan bayrağını dəfələrlə dünya və Avropa birinciliklərində ən uca zirvələrdə dalğalandırıb,100-lərlə yetirməsi bu gün də onun yolunu şərəflə davam etdirir Azərbaycanı ən prestijli dünya birinciliklərində təmsil edir və Azərbaycan himninin sədalarını dünya ictimaiyyətinə çatdırırlar.

Nuranə Abdullayeva
Jurnalist

Oxunub: 705
Oxşar xəbərlər
SON XƏBƏRLƏR