dini radikalizm və ekstremizmlə mübarizə

Onlar itmək istəmirdilər


Sentyabrın 25 də Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan İcmasının Bakıda fəaliyyət göstərən ofisində Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri , Qarabağ müharibəsi veteranı Rada Abbasın təşkilatçılığı ilə dəyirmi masa təşkil olunmuşdur.
Vətənpərvər ziyalılarımızın iştirakı ilə
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keciriləcək layihədə əsas məqsəd Qarabağın erməni quldurları tərəfindən işğalı nəticəsində ermənistan tərəfindən girov götürülmüş Azərbaycan qadınları haqda " Onlar itmək istəmirdilər" adlı filmin çəkilməsi və dünyaya yayılması adlı layihəni müzakirələ edib layihəni həyata kecirməkdir.
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
İcmasının sədri Tural Gəncəliyev tədbirin əhəmiyyətindən danışaraq Rada Abbasın fəaliyyətini alqışladı və sosial şəbəkələrdə fəal iştirak etməklə Azərbaycanın haqlı səsini dünyaya yaymaq ücün xalqımızı daha fəal olmağa və birliyə çağırdı.
Sonra layihənin rəhbəri Rada Abbas mövzu ətrafında geniş və ətraflı çıxış edərək demişdir :
" 26 ildir ki Vətənimizin bir parçası ermənilər tərəfindən işğal olunubdur. Ermənilər 4 min nəfər Azərbaycan vətəndaşımızı girov götürüblər. Bu müddət ərzində girovlarımız ermənistanda və isğal olunmuş ərazilərimizdə qul kimi işlədilərək ən agır və iyrənc işgəncələrə məruz qalırlar
Bu girovlardan 405 nəfəri 3 yaşından 77 yasına qədərdir.
Həmin qızlar və qadınlardan doğulan oğlan uşaqları internat evlərində turkə nifrət hissi ilə boyüdülür ,onlara hər bir təxribat və cəsusluq öyrədilir. Doğulan qiz uşaqlarının orqanları isə çıxardılaraq xarici işbazlara baha qiymətə satılir.
Biz girovluqla bağlı Turkiyədə ,Hollandiyada tədbirlər keçirmişik.
Qadınların girov götürülməsi , təcavüz və işgəncələrə məruz qoyulması kişiliyə sığmayan alçaqlıq və qəbuledilməzdir, Beynəlxalq Konvensiyalara ziddir.
Girov və əsirlərlə qeyri insani davranışlar, qadınlara olunan təcavuzlər ışıqlandırılmalı və ermənistanın təcavüzkar dövlət , ermənilərin isə xəstə , şeytan fəfəkkürlü , faşizm davranışlı bir millət olduğunu sübut edən faktlardan istifadə etməklə dünyaya tanıtmaq üçün birgə fəaliyyət proqramının hazirlanmasını həyata kecirməliyik.
Pərakəndə fəaliyyət göstərildiyi üçün illərdir ki, Azərbaycan informasiya müharibəsində Ermənistandan geridə qalır. Muharibədə qələbənin əlli faizi silahlı ordunun, əlli faizi isə informasiya yayımının üzərindədir. Elə bu baxımdan layihənin icrası məqsədi ilə çəkiləcək " Onlar itmək istəmirdilər " adlı filmin müxtəlif dillərə tərcümə edilərək yayılmasına dəstək vermək lazımdır.
Muharibə Veteranı Qadınlarına Sosial Yardım içtimai birliyi olaraq biz , Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması ilə əməkdaşlıq çərçivəsində girovluqda olan Azərbaycan qadınlarının hüquqlarının müdafiəsinin və girov vətəndaşlarımızın azadlıgı naminə fəaliyyətimizi daha da gücləndirəcəyik.
" Beynəlxalq İnformasiya və Regional Araşdırmalar " ictimai birliyinin sədri Zaur Qəriboğlu xususilə bildirdi ki ermənilərin tək 143 saytları sırf Azərbaycan əleyhinə işləyir. Onlar bu saytları Azərbaycan dilində yazaraq dezinformasiyalar yayırlar
Çox vaxt sadə insanlarımız da bu yalan, böhtan və iftiralara inanırlar. Biz duşmənlərimizin də dilini öyrənib bu təxribatların qarşısını almalıyıq. Tural müəllimin xaricdə kilsə qarşısında erməni və ingilis dillərində çıxış etməsi vətənpərvərliyin əsl nümunəsidir.
Həkəri qəzetinin və Gunaz.az saytının redaktoru şair - publisist Rauf İlyasoğlu vurguladı ki, hələ 1988 ci ildə Ermənistandan öz
dədə - baba yurdundan qovulmuş yarım milyondan çox Azərbaycanlı turkü o vaxt Bakıda yaradılmıs Azərbaycan Qaçqınlar Cəmiyyətinə ərizələr yazaraq onlara dəyən zərərin ödənilməsi ücün ermənistandan təzminat almaq və Avropa məhkəmələrinə müraciət olunması ücün ərizələr yazılmış yüzlərlə çild qovluqlar hələ də üzə çıxarılmayıbdır. Biz bu məsələni vaxtında dünyaya yaya bilsəydik, onları yerində oturtsaydıq, rus ordusu onlara himayədarlıq etməsəydi , ermənilər cəzasızlıqdan istifadə edib bu qədər fəlakətlət bəlkə də törətməzdilər.Biz isğal olunmuş yurdumuzu və girovlarımızı qanımız bahasına olsa belə düşmənlərdən azad etməliyik..
Tarixçi alim Ramazan Hüseynov və Azadlıq hərəkatının veteranı Təhmasib Novruzov təkliflərlə çixış edib Qərbi Azərbaycan Muhacir Hökumətinin yaradılmasının vacibliyindən danışdılar.
Təhmasib müəllim onu da bildirdi ki Agdamdan məcburi köckün olsam da , nəvəmin dogum şəhadətnaməsinə Bakı şəhəri yazılmaqla məcburi köçkünlərimizin sayının bəlkə də qəstdən azaldılması yolverilməzdir.
Qarabağ müharibəsi əlili Rüsxarə Cümayevə və Xocalı sakini Aytəkin həkim vətənpərvər ruhlu çıxışlar etdilər.
Sonra Dağlıq Qarabağ Bolgəsinin Azərbaycanlı İcmasının fəaliyyətini əks etdirən film nümayiş olundu.

Rauf İlyasoğlu

Oxunub: 534
Oxşar xəbərlər
SON XƏBƏRLƏR