dini radikalizm və ekstremizmlə mübarizə

Bu mənim millətim olan -Azərbaycan Türküdür....!


Dünyada hər millətin özünəməxsus xüsusiyyətləri vardır. Kimisi qonaqpərvırliyi, kimisi qəhrəmanlığı, kimisi isə mənəvi və mədəni irsiylə tarixin dərin səhifələrinə kök salmışdır. Lakin bir millət də var ki, o bu xüsusiyyətlərin tamamını özündə birləşdirir. Bu mənim millətim olan -Azərbaycan Türküdür....!
Dünya xalqları ilə yanaşı Azərbaycan Türkü də hər zaman Tarixdə öz sözünü deməyi bacarmışdır. İstər qəhrəmanları ilə olsun istərsə də tarixi simaları ilə. Məhz elə bunun nəticəsidir ki, bu xalqın mərd və igid oğul-qızlarının səsi hələ də yüksək tribunalardan gəlməkdədir. Bu gün sizləri məlumatlandırmaq istədiyim Birləşmiş Dünya Azərbaycanlılar Təşkilatı elə həmin yüksək tribunalardan biridir. Vətəndən uzaqda yaşayan Azərbaycan Türklərinin birlik nümayiş etdirməsi və Azərbaycan Lobbilərinin yaranıb güclənməsi Azərbaycanın daxili və xarici siyasətinin inkişafı üçün çox əhəmiyyətlidir. Bu yöndə apardığımız iş birliklərinin və danışıqların səmərəsi çox yaxın vaxtlarda öz nəticəsini verəcəkdir. BDAT-nin qarşısına qoyduğu ilk məqsədlərindən biri bütün dünyada Azərbaycan Türklərinin qarşılaşdığı problemlərin dünya arenasında və beynəlxalq təşkilatlar tərəfindən həll edə bilinir dərəcədə ictimailəşməsinə yardımçı olmaqdır. Vətənimizi xaricdə təmsil edən bir sıra təşkilatlar var ki, onların vasitəsilə bir çox insanlarımızın qarşılaşdığı problemlər uğurla həll olunmuşdur. Buna misal olaraq Tatarıstanda rəhbərlik etdiyim diasporanı göstərə bilərəm. Belə ki, Tatarıstan dünya türklərinin ücüncü Vətəni hesab olunur. Və ora bir sıra türk mənşəlli xalqların birləşdiyi mərkəzdir. O cümlədən Azərbaycan türklərinin də... Burda bizim məqsədlərimizdən biri və ən önəmlisi Dünya Azərbaycanlılarının həmrəyliyini əldə etməkdir. Bu həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini diqqət mərkəzində saxlaya bilər. Lobbilərimiz və diasporalarımız xarici ölkələrdə Azərbaycan vətəndaşları ilə görüşlər keçirməli, onların problem və qayğıları ilə yaxından maraqlanmalı, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verməlidirlər. "Harada olursa olsun azərbaycanlıların birlikdə bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplaya bilək. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir" - şüarı altında birləşməliyik.

Hörmətlə


Sərraf Kərimov
Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Prezidenti

Oxunub: 860
Oxşar xəbərlər
SON XƏBƏRLƏR