dini radikalizm və ekstremizmlə mübarizə

"Şanlı Azərbaycanım" mahnısının təqdimat mərasimi keçirildi


"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığl ilə "Şanlı Azərbaycanım" klipinin(mahnısının) təqdimat mərasimi keçirildi. Bakıdakı "Xan qızı" restoranında keçirilən mərasimi Birliyin sədri, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalının və "Tərəqqi"medalının mükafatçısı, müharibə veteranı, jurnalist Şamil Sabiroğlu açdı.Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəq.sükutla yad edildi.
Daha sonra klip nümayiş olundu. Şeirin və mahnının müəllifi, xanım Yaqut Almaz, istedadlı müğənni Sevda Mustafayeva klipin yaranma tarixi haqda məlumat verdilər. Azərbaycan Respublikasının Xalq artisti, Prof.,
Vamiq Məmmədəliyev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Qəzənfər Abbasov, istedadlı muğam ifaçıları-Qarabağ qazisi Araz Ağdamlı və Murad Kəngərli, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin NTK-sının sədri, II dərəcəli müharibə əlili Zahid Qarayev, ehtiyatda olan polkovnik Telman Hətəmov, Azərbaycan Respublikası "Gəncliyə Yardım Fondu" nun vitse-prezidenti Salman Əliyev, şair Zakir Ağdamlı, Azərbaycan Turizm Universitetinin baş müəllimi Buniamin Qənbərli, şairə Səadət Kamilqızı, şairə Tahirə Yağmur, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, şairə Səadət Miri, şairə Xatirə Xatun, "Asiya-fakt.info" İnformasiya Agentliyinin baş redaktoru Vüsalə Qələndərli, "İnkişaf TV" nin icraçı direktoru Aysel Hüseynova, "Ugurmedia.az" saytının Xəbərlər departamentinin rəhbəri Vüsalə Həsənova və başqaları klip haqda öz fikirlərini söylədilər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Şamilə Şamilqızı, Bakıdakı 158 saylı tam orta məktəbin şagirdi Aqil Əlməmmədli, Xocalıdan məcburi köçkün,şairə İmarət Cəmilli və şairə Səadət İbrahimli gözəl şeir nümunələri ilə təqdimat mərasiminə əlavə rəng qatdılar.
İngiltərədə yaşayan soydaşımız, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Fəxri üzvü Rafiq Rüstəmov və "Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası" nın rəhbəri, "Tərəqqi" medalının mükafatçısı Bilal Dündar canlı bağlantıya qoşuldular, klip haqda öz fikirlərini bildirdilər.
Mərasim çay süfrəsi arxasında davam etdirildi.
Xatırladırıq ki, informasiya dəstəyi "ugurmedia.az" "xebertv.az", "İnkisaf TV" və "Asiya-fakt" informasiya Agentliyinə məxsusdur.

Türkanə Səfərova,
Şamilə Şamilqızı.
Bakı, 22.09.2019.


Oxunub: 686
Oxşar xəbərlər
SON XƏBƏRLƏR