dini radikalizm və ekstremizmlə mübarizə

MİLLƏTİMİN VƏKİLİ


Əziz dostlar, hörmətli oxucularım, məni tanıyanlar bilir ki, yaltaqlığı sevmirəm... Hər zaman həqiqəti söyləyib, gördüyüm, şahidi olduğum hadisəni yazıram.
Yenədə qələmim olanlardan sizə söhbət açaraq yazacaq.
Şəhidimiz Müşviq Orucovun anası Aygün xanımın dedikləri:
-Almaz xanım Müşviqimin tədbirinə təşkilatçılığı sizdən istəyirəm. Ancaq çox xahiş edirəm Şəhid Anar Əsgərli üçün təşkil etdiyiniz tədbiri kimi olsun. Göz yaşı olmasıni istəmirəm, oğlumun doğum günüdür qoy ruhu baxıb sevinsin.
Baş üstə ana dedim.(Mən Şəhid analarının yaşından asılı olmayaraq hər birinə ana deyə müraciət edirəm.
17.09.2019-cu il tarixində C. Naxçıvanski adına liseydə H. Aslanov adına
Zabitlər evinin rəhbərliyi tərəfindən möhtəşəm tədbir keçirildi. 18.09.19 isə yaşadıqları Xətai rayonunda həyətlərində çadırda keçirərək oğlunun 25 yaşını qeyd edəcəyini söylədi.
Gecə saatlarında Aygün xanımla telefon bağlantısı yaratdım səhərki məclisdə kimlərin iştirak edəcəyini sordum. Və cavab alarkən ilk düşündüyüm bu oldu. Allahım özün bilən məsləhətdir. Aygün xanımın dərdi azmıydı?
Zəngilan rayonundan məcburi qaçqın köçkün düşdükdən sonra yaşadıqları faciə az imiş kimi övlad acısınıda daddılar. Bu an Aygün müəllimənin səsi məni fikirdən ayırdı.
- Millət vəkilimiz xaricdə səfərdədi dedilər, başqa kim gələcəyin bilmirəm.
Bundan öncə şəhidinin anım günündə, mövludunda sizi ziyarət edibmi deyə soruşdum.
-Aygün xanım yox dedi. Sağollaşdım.
Nə edim ki, az da olsa valideyinlərin qəlbi sevinsin. Unudulmadıqlarını , hər zaman Müşviqlərinə dəyər veriləcəyini nə ilə isbat edim deyə bir xeyli düşündüm.
Sonra hər zaman hayımıza harayımıza çatan millətin vəkilinə üz tutmaq qərarın verdim.
Saata baxdım çox gec idi, bu saatlarda zəng edərək naragatçılıq yaratmaq düzgün deyil düşündüm. Telefonla mesaj yazaraq durumu anlatdım. Şəhidimizin mövludu olduğunu və Zəngilan rayon millət vəkilinin Azərbaycanda olmadığını və sizin iştirakınız valideynlərə böyük bir dəstəy olacağını bildirdim.
Bir cümlə ilə fikrini bildirdi.
"Mən mütləq Şəhidimizin mövludunda iştirak edəcəm. Sanki mənə dünyanı bağışladılar.
" Bu millət vəkili kimdir?
Hər zaman ona ehtiyac duyan insanların yanında olmaqla xalqın sevgisini qazanan insan!
Sadəliyi ilə qəlbləri fəth edən xalqımız sevimli oğlu!
Vətənə məhəbbəti, dövlətə sədaqəti ilə çoxlarından seçilən millət vəkili!
Anaların, ataların göz yaşını silən, şəhid valideyinlərinin oğul!
Qapısı illərlə açılmayanların pənahı.
Gənclərin təhsil alması üçün hər çətinliyi üzərinə alan ikinci Z. Tağıyev davamçısı!
Ruzisi olmayanın çörəyi, soyuqdan donanın isti geyimi.
O, həqiqətən də xalqın, millətinin vəkili olaraq sevildi.
O, Şəhidlərinə dəyər verən millətimin vəkili Adil Əliyevdir.
Allah sizi bu şərəfli yolda yormasın Adil müəllim.

Almaz İlahə


Oxunub: 540
Oxşar xəbərlər
SON XƏBƏRLƏR